Deputatımız QDİƏTPM-nin komitə iclasına qatılıb

Deputatımız QDİƏTPM-nin komitə iclasına qatılıb

Milli Məclisin deputatları  Jalə Əliyeva  və  Aydın Mirzəzadə  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin  Mədəniyyət, təhsil və sosial  məsələlər  üzrə komitəsinin 53-cü  iclasında iştirak etmək üçün Moldovanın paytaxtı Kişineu şəhərinə  səfərə gedib. MM-dən "Olaylar"a verilən məlumata görə, tədbirdə "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə işsizlik. İş yerlərinin yaradılmasının  təşviqində  dövlətin rolu" mövzusunda müzakirələr aparılacaq. Toplantıda bir sıra təşkilati məsələlərə də baxılacaq. Deputatlarımız iclasda qaldırılan məsələlərə öz münasibətlərini bildirəcək, təkliflərini verəcəklər. Səfər oktyabrın 23-də başa çatacaq.

Oqtay Əsədov Yaponiyaya səfər edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31