“Qanunsuz mitinqlə insanları mənfi düşüncələrə sürükləmək olmaz” – Şərh
“Siyasət dövləti idarəetmə sənətidir. Hər bir ölkənin siyasəti qanunlarla tərtib olunur. Ölkə siyasi sistem əsasında qurulur. Azərbaycan demokratik respublika idarəetmə sisteminə malikdir. Ölkədə iqtidar, xalq münasibətləri mövcuddur. Lakin müxalifət məfhumu mövcud deyildir. Çünki müxalifət insanları qarşıdurmalara sürükləyir. Müxalifətin fəaliyyət prinsipi siyasi prinsiplərə cavab vermir. Əlbəttə müxalifət mövcud olmadığı təqdirdə heç bir siyasi sistem nə mövcud ola bilər, nə də ki inkişaf edə bilər”.
20 Oktyabr 2019 16:53 Siyasət"Siyasət dövləti idarəetmə sənətidir. Hər bir ölkənin siyasəti qanunlarla tərtib olunur. Ölkə siyasi sistem əsasında qurulur. Azərbaycan demokratik respublika idarəetmə sisteminə malikdir. Ölkədə iqtidar, xalq münasibətləri mövcuddur. Lakin müxalifət məfhumu mövcud deyildir. Çünki müxalifət insanları qarşıdurmalara sürükləyir. Müxalifətin fəaliyyət prinsipi siyasi prinsiplərə cavab vermir. Əlbəttə müxalifət mövcud olmadığı təqdirdə heç bir siyasi sistem nə mövcud ola bilər, nə də ki inkişaf edə bilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Əli Eloğlu Miriyev deyib.
"Azərbaycan Respublikasının Konstitusiyasının Maddə 49. II bənddə yazır: "Her kesin başqaları ile birlikde müvafiq dövlet orqanlarını qabaqcadan xeberdar etmekle, ictimai qaydanı va ya ictimai exlaqi pozmamaq şertile, dinc, silahsız yığışmaq, yığincaqlar, mitingler, nümayişler, küçe yürüşleri keçirmek, piketler düzeltmek hüququ vardir", - deyə ekspert qeyd edib.
Ə. Miriyev bildirib ki, ölkə konstitusiyasına əsaslanaraq deyə bilərəm ki, vətəndaş kütləsi, xalq eləcədə müxalifətin qanuni şəkildə, icazə alındığı halda, icazə verilən sahələrdə aksiya, nümayiş, yürüş keçirmək hüququ mövcuddur. Lakin daxili və xarici prinsiplərə uyğun olaraq: "Aksiyalarda dövlət rəhbərinin şəxsiyyətinə toxunmaq, ölkədə separatçı mövqelər yaratmaq qadağan hesab edilir. Ötən gün keçirilən Milli Şuranın aksiyasını təhlil edərsək ilk olaraq nəzərə alaq ki, aksiya icazəsiz olaraq toplanmışdır. Aksiyanın keçirilməsi Şəhərin mərkəzi üçün aksiya heç zaman düzgün olmadığı təqdirdə, müxalif qrupların liderləri insanları mərkəzi küçələrə dəvət etmişdirlər. Bu təxribatlara son qoyulmalıdır. İnsanları mənfi düşüncələrə sürükləmək olmaz".