Radikal müxalifətin məqsədi ölkədə qarşıdurma yaratmaqdır

“Müxalifətin keçirdiyi qanunsuz mitinq birbaşa dövlətçilik ənənələrimizə, idarəçilik prinsiplərimizə tuşlanmış silahdır. Müxalifət dairəsinin məqsədi ölkədə polislə, xalq arasında qarşıdurma yaratmaq, siyasi ajotaja səbəb olmaq, ölkədəki sabitliyi pozmaqdır. Bunun da sifarişi bəllidir ki, xarici qüvvələr tərəfindən verilib. Ölkədə əhalinin zəyif cəhətlərindən öz siyasi əməlləri üçün istifadə etmələri də ayrı bir məsələdir. Bunun adı vicdansızlıqdır”.

"Müxalifətin keçirdiyi qanunsuz mitinq birbaşa dövlətçilik ənənələrimizə, idarəçilik prinsiplərimizə tuşlanmış silahdır. Müxalifət dairəsinin məqsədi ölkədə polislə, xalq arasında qarşıdurma yaratmaq, siyasi ajotaja səbəb olmaq, ölkədəki sabitliyi pozmaqdır. Bunun da sifarişi bəllidir ki, xarici qüvvələr tərəfindən verilib. Ölkədə əhalinin zəyif cəhətlərindən öz siyasi əməlləri üçün istifadə etmələri də ayrı bir məsələdir. Bunun adı vicdansızlıqdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Kənan Paşayev deyib.

"Əli Kərimli məgər anlamır ki, şəhərin göbəyində mitinq edib Qarabağı tələb etməklə problem həll olunmayacaq? O bunu yaxşı başa düşür, sadəcə olaraq onun məqsədi problemin həllinə nail olmaq deyil, ölkədə qarşıdurma yaratmaqdır. İl ərzində minimum əmək haqqı iki dəfə artırıldı, maaşlar qaldırıldı, sosial yardıma ehtiyacı olan yüzlərlə ailəyə yardımlar edildi, ev verildi. İləbəil  bütün problemlərin həll olunması üçün layihələr hazırlanır. Müxalifətin dövlətdən tələbi nədir? Daha doğrusu əsaslı tələbləri varmı? Təbii ki, xeyir",- deyə ekspert qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31