Zakir Həsənov Çinə işgüzar səfərə gedəcək
Zakir Həsənov Çinə işgüzar səfərə gedəcək
18 Oktyabr 2019 16:40 SiyasətAzərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekin şəhərinə gedəcək. Bu barədə məlumat "OLAYLAR"-a Müdafiə Nazirliyindən daxil olub. Bildirilib ki, işgüzar səfər çərçivəsində Müdafiə nazirinin ÇXR-nın hərbi-siyasi rəhbərliyinin rəsmiləri ilə görüşləri planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31