ABŞ Türkiyənin real gücü ilə barışmalı oldu- Geosiyasət

ABŞ Türkiyənin real gücü ilə barışmalı oldu- Geosiyasət

Əldə edilən razılaşma prosesləri hansı istiqamətə dəyişəcək?

Nəhayət, Birləşmiş Ştatlar Türkiyənin Yaxın Şərqdə gərginlik deyil, barış, sülh, davamlı sabitlik tərəfdarı olduğunu etiraf etmək məcburiyyətində qaldı.  İlkin mərhələdə Türkiyənin başlamış olduğu "Barış pinarı" antiterror əməliyyatına ciddi cəhdlə təpki göstərən Vaşinqton, əməliyyatların gedişi müddətində Türkiyənin əsas hədəfinin məhz terrorçuları məhv etmək olduğunu gördükdən sonra Ankara ilə nəinki razılaşmaq, hətta ona təşəkkür belə etməkdən çəkinməyib. Hər halda Türkiyə mətbuatının Ağ Ev rəhbəri Donald Trampın "Twitter"dəki səhifəsində yazdığı fikirləri oxuyarkən belə qənaətət gəlmək olur.  Belə ki, Birləşmiş Ştatlar  prezidenti Donald Tramp Türkiyə prerzidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib: "Türkiyədən əla xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək", - deyə Ağ Ev rəhbəri yazıb".

Ağ Ev rəhbərinin məlum fikirlərinin ABŞ-in vitse-prezidenti Maykl Pensin qardaşl ölkəyə səfəri və burada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşə təsadüf etməsi də, onu deməyə əsas verir ki, artıq okeanın o tayında rəsmi Ankaranın Yaxın Şərq siyasəti ilə barışırlar.  Təbii ki, bu kimi təmaslar, Türkiyənin mövqeyinə göstərilən dəyər, normal yanaşma uzun müddətdir heç də normal vəziyyətdə olmayan Vaşinqton-Ankara münasibətlərinin normallaşmasına gətirib çıxara bilər.  Nəzərə alsaq ki. Maykl Pensin Türkiyə səfəri zamanı tərəflər arasında razılaşma sənədi də imzalanıb, o zaman belə qənaətə gəlmək olar ki, Ankara-Vaşinqton münasibətlərinin tezliklə yüksələn xətlə inkişaf edəcəyi gün uzaqda deyil.

Ekspertlər də istər Pensin səfəri, istər Trampın təşəkkür mesajı, istərsə də tərəflər arasında əldə olunan razılaşmaya məhz bu prizmadan baxırlar. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə  bütün bunları həm də Türkiyənin Suriyada uğurlu antiterror əməliyyatı keçirməsi ilə əlaqələndirib. O,  deyib ki, Türkiyə "Barış Pınarı" hərbi əməliyyatı çərçivəsində Suriyada YPG terror təşkilatına ciddi zərbə vurdu: "ABŞ -ın Türkiyə ilə ciddi müzkirələrindən sonra Ankara YPG terror təşkilatına qarşı hərbi əməliyyata 120 saat fasilə verdi. ABŞ vitse-prezidenti Pensin və dövlət katibi Pompeonun Ankaraya səfərində 13 şərtdən ibarət razılaşma imzalandı. Türkiyə bu razılaşmanı imzalamaqla böyük ölçüdə hədəfinə çatmış olacaq". Politoloq qeyd edib ki. terror təşkilatı Ankaranın ilk əvvəldən dediyi kimi bufer zonadan geri çəkilir, ABŞ-ın terror təşkilatna verdiyi ağır silahları geri alınır: "Türkiyənin yuxarıdakı şərtlərinə əməl edilsəydi, bu hərbi əməliyyat keçirilməyəcəkdi və ABŞ mövqeyini qoruyub saxlayacaqdı. Bu hərbi əməliyyatla yanaşı Ankara ABŞ-ın "Kürd planına" zərbə vurdu. Həmçinin ABŞ-la YPG terror təşkilatı arasında etimadsızlıq mühiti yaratdı. Artıq, YPG ABŞ-a etibar etməyəcək. Bundan əlavə, YPG terror təşkilatının Əsəsdlə razılığa getməsi, Vaşinqtonun da bundan sonra, həmin terror təşkilatına ciddi dəstək verəcəyi gözlənilmir. Qeyd edim ki, ABŞ Türkiyədən bu hərbi əməliyyatlara fasilə vermək üçün Ankaranın şərtlərini qəbul etdi. Əgər, şərtlərə əməl edilməsə, Ankara antiterror əməliyyatlarına davam edəcək. Bu, atəşkəs deyil, Türkiyənin tələblərinin yerinə yetirilməsi üçün irəli sürdüyü şərtlərə əməl edilməsi vaxtıdır".

Məhəmməd Əsədullazadə onu da diqqətə çatdırıb ki, ABŞ Türkiyənin bu antiterror əməliyyatının müvəqqəti dayandırlması üçün öz imicini qorumağa çalışır: "Onsuz da Suriyada ABŞ-ın siyasəti fiaskoya uğradı. YPG terror təşkilatının çəkilcəyi regiona Suriya ordusu nəzarəti təmin edəcək.. Məhz Əsədin bu regiona nəzarət etməsi Ankaranın planına uyğundur. YPG həm Əsədlə, həm də ABŞ-la əməkdaşlıq edə bilməyəcək. İki seçim arasında qalacaqsa, Əsəd tərəfə keçəcək. Bu da Türkiyənin maraqlarına cavab verir. Əsəd bu terror təşkilatını kifayət qədər zəiflədəcək. Artıq, Türkiyə bu əməliyyatla öz hədəflərinə yaxınlaşıb".

Politoloq Ramiyə Məmmədova da,  Amerika ilə Türkiyə arasında əldə edilmiş anlaşmanı yüksək dəyərləndirib. O, qeyd edib ki, ABŞ terrorçuların 5 gün içinde geri çəkiləcəyini bildirib: "Burada bir məsələ də maraqlıdır.  Maykl Pens hərəkatın dayandırılmasını bəyan edib, Mövlud Cavuşoğlu isə 120 saatlıq atəşkəs elan ediləcəyini, yəni terrorçular 32 km geri çəkiləcəyi təqdirdə hərəkatin dayandırılacağını bildirib. Burada da bir sual işarəsi hələ də qalmaqdadır.  Beləliklə hələ ki, Türkiyə istədiyini aldığı kimi görünür. Lakin bu məsələdə bir sual ortaya çıxır. Kim daha çox qazandı?". Politoloqun sözlərinə görə,  Donald Trampın twitter yazışması onu deməyə əsas verir ki, Amerika terrorçuların canını türklərdən qurtardı: "Eyni zamanda həm insan ölümünü, həm də öz maddi və hərbi yatırımlarını  xilas etdi".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31