“Dayanıqlı inkişaf həyata keçirilən uğurlu siyasətin nəticəsidir” – Şərh
“Dayanıqlı inkişaf həyata keçirilən uğurlu siyasətin nəticəsidir” – Şərh
17 Oktyabr 2019 17:38 Siyasət"Azərbaycan prezidenti cənab İlham Əliyevin 2019-cu ilin doqquz ayının yekunlarına həsr olunmuş müşavirə zamanı söylədiyi nitqdə yer alan məqamlar çox önəmli və həyati xarakter daşıyır. Həqiqətən də 2019-cu il ölkəmizdə qeyri-neft sektorunun inkişafı, infilyasiyanın azlığı, maaşların və pensiyaların artması ilə yadda qaldı. Təbii ki, bütün bunlar cənab prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində baş verdi".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.
"Ölkə başçısı yeni baş nazir təyinatı ilə bağlı da önəmli faktlar açıqladı. Təyinatın ölkədəki iqtisadi artımı təmin etməyə hesablandığını vurğuladı. Həqiqətən də baş nazir Əli Əsədov güclü iqtisadçı kimi özünü sübut etmiş, dövlətinə sadiq kadrdır. Cənab prezidentin müşavirədə vurğuladığı savadlı və potensiallı gənc kadrların önə çəkilməsi məsələsi isə cənab prezidentin nitqinin ən önəmli hissələrindən biri idi. Bu ölkəmizdə həqiqətən savadlı, dünya görüşlü gənclərin önə çəkilməsi üçün uyğun mühüt formalaşdırılıb", - deyə ekspert qeyd edib.