Paşinyanla Bako Saakyanın görüşündə Dağlıq Qarabağ tənzimlənməsində praktiki mərhələnin başlanması müzakirə edilib- Mübariz Əhmədoğlu

Paşinyanla Bako Saakyanın görüşündə Dağlıq Qarabağ tənzimlənməsində praktiki mərhələnin başlanması müzakirə edilib-Mübariz Əhmədoğlu

"Paşinyanın son günlərdə Dağlıq Qarabağ gündəliyi çox gərgindir, aktualdır və aktivdir. B.Saakyanı Yerevana çağırdı və onunla çox saatlı görüşdə bu vaxta qədər keçirdiyi görüşləri müzakirə etdi". Bunu Olaylar.az-a politoloq Mübariz Əhmədoğlu bildirib. "Aşqabadda MDB-nin sammitində Azərbaycan Respublikasının Prezidenti ilə təxminən 2 saatdan çox davam edən görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin detalları müzakirə olunub. Məhz N.Paşinyanla İlham Əliyevin görüşündən sonra ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər etdi. Onların əvvəlcədən anons vermədən  regiona səfəri çox böyük ehtimalla Aşqabad razılaşması ilə əlaqəsi olan məsələdir.

N.Paşinyan Yerevanda həmsədrlərlə  görüşdü. "Xalqların sülhə hazırlanmasının müzakirəsi" N.Paşinyanın mətbuat  xidmətinin yaydığı məlumatda xüsusi qeyd olunmuşdu. Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə həmsədrlər Xİ Naziri Z.Mnasakanyanla görüşdə öhdəliklərin mütənasibliyini  müzakirə ediblər.

Gürcüstanın Baş naziri G.Qaxariya da Yerevanda olarkən Dağlıq Qarabağ tənzimlənməsini ciddi müzakirə edib.

3 görüşdə Dağlıq Qarabağ məsələsinin müzakirə olunması dinc tənzimləmədə aktivliyin göstəricisidir. Həmsədrlər qondarma qurumun de-fakto rəhbəri B.Saakyanla da görüşdülər. Yayılan məlumatda yeni bir şey yoxdur.  2017-ci ilin yayında o zamankı prezident Serj Sərkisyan Dağlıq Qarabağa gəldi və sülh planını qəbul etmək məcburiyyətində olduğunu açıqladı. O zaman qondarma qurum Dağlıq Qarabağın rəhbərliyi Serj Sərkisyana etiraz edə bilmədi. Amma indi isə qondarma Dağlıq Qarabağın rəhbərliyi N.Paşinyana qulaq asmır. Paşinyan S. Sərkisyanın nə dediyini bilir.

Son dövrlərdə xalqların sülhə hazırlanması daha çox humanitar aksiyaları əhatə edib. Bu, D.Əsgərov və Ş.Quliyev də daxil olmaqla "hamının hamıya" dəyişdirilməsi prinsipidir. Görünür, məhz bu Dağlıq Qarabağ tənzimlənməsində praktiki mərhələnin başlanğıcı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31