“Zirvə görüşünün Bakıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir” – Şərh
“Zirvə görüşünün Bakıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir” – Şərh
16 Oktyabr 2019 15:13 Siyasət"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat bir növ Türk dövlətlərinin birliyini təşkil edir. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Məhz bu təklifi Qazaxıstanın birinci və sabiq prezidenti Nursultan Nazarbayev irəli sürmüşdür. Bu il təşkilatın 10 illiyi qeyd olunur. Bu il keçirilən zirvə görüşünün Odlar Yurdu Azərbaycan - Bakının üzərinə düşməsi xüsusi əhəmiyyət kəsb edir".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Eloğlu Miriyev deyib.
Onun sözlərinə görə, Şuranın eləcədə türk dövlətləri arasındakı əlaqələrin yaradılması və inkişafında N.Nazarbayevin xüsusi əməyi vardır: "Görüşdə Nazarbayev Cənab prezident İlham Əliyev tərəfindən Türk dünyasının Ali ordeni ilə təltif edilmişdir. Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın işlətdiyi "biz altı dövlət, bir millətik" ifadəsi türk millətlərini bir yumruq şəklində toplmaq məqsədi güdür. Şuraya yeni qoşulan Türkmənistan da bu yumruğa daxil edilir. Müasir dövrdə türk dövlətlərinə qarşı törədilən fəlakətlərə qarşı bir birlik kimi çıxış etməsinə təkan verəcək deyə düşünürəm".
Ekspert xatırladıb ki, çıxış edən dövlət rəhbərləri Bakının gündən günə gözəlləşməsi, inkişafı, xalqın qonaqpərvərliyindən də söhbət açmışdır. İclasda sənədlər imzalanıb, qarşıya bir sıra məqsədlər qoyuldu.
"Məhz bu məqsədlərdən biri dövlətlər arası iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin daha da artmasıdır. Deyə bilərəm ki, Şura əslində hər bir dövlətin təhlükəsizliyi üçün xüsusi rol oynayır", - deyə Ə. Miriyev qeyd edib.