Deputat: “Belə bir sənəd yoxdur ki, orada yazılsın ki, Qarabağ Azərbaycanın deyil...”
Deputat: “Belə bir sənəd yoxdur ki, orada yazılsın ki, Qarabağ Azərbaycanın deyil...”
15 Oktyabr 2019 14:44 Siyasət"Qarabağın Azərbaycana aid olmaması ilə bağlı heç bir beynəlxalq sənəd yoxdur. Bunu ermənilər çox yaxşı bilir. Belə bir sənəd yoxdur ki, orada yazılsın ki, Qarabağ Azərbaycanın deyil..." "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin "Qarabağ Azərbaycandır və nida işarəsi" mövzusunda keçirilən iclasında deputat Tahir Mirkişili deyib. Mİllət vəkili bildirib ki, Ermənilər əsas diqqəti Qarabağın ərazi kimi deyil, ermənilərin, orada olan insanların məsələsini qaldırırlar. Bu, beynəlxalq diplomatiyada yeni yanaşmadır. İnsanların taleyi ərazi bütövlüyündən irəli keçməyə başlayıb. Sonuncu Suriya əməliyyatına fikir versəniz, heç bir ərazi bütövlüyündən söhbət getmir, daha çox insanların taleyi, təhlükəsizliyi əsas götürülür: "Bu mərhələdə hökmən Qarabağ dəyərlərini irəli sürməliyik. Qarabağla bağlı təbliğat işlərinin aparılması üçün fond yaradılması təklifini dəstəkləyirəm. Hər birimiz ildə bir manat fonda versək, 10 milyon manat vəsait edir. Hər addımda Qarabağın Azərbaycana aid olmasını önə çəkməliyik. Münaqişənin hansı yolla həll ediləcəyini tarix göstərəcək. Hamı bilir ki, münaqişənin həlli Azərbaycanda asılı deyil, amma günahkar da deyil. Bu məsələ hansı mərhələdə, hansı vasitə ilə həll olunacaqsa, biz ona hazır olmalıyıq".