Həmsədrlər Paşinyanla nələri müzakirə ediblər?

Həmsədrlər Paşinyanla nələri müzakirə ediblər?

Regionda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər. "Olaylar" xəbər verir ki, rusiyalı həmsədri İqor Popov, amerikalı həmsədr Endryu Şofer və fransalı həmsədr Stefan Viskonti ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklıə birgə Yerevana səfər ediblər. Məlumata görə, Paşinyan və Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsini, təmas xəttində atəşkəsin pozulmasını və xalqarın sülhə hazırlanması məsələlərini müzakirə ediblər. Həmsədrlərin Yerevandan Qarabağa gedəcəkləri gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31