"Türk inteqrasiyası daha da dərinləşməlidir" – Nazarbayev
"Türk inteqrasiyası daha da dərinləşməlidir" – Nazarbayev
15 Oktyabr 2019 11:47 SiyasətQazaxıstanın birinci prezidenti, Elbaşı Nursultan Nazarbayev oktyabrın 14-də Bakıda Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovla görüşüb.
Bu barədə Qazaxıstanın birinci prezidentinin şəxsi saytı (elbasy.kz) məlumat yayıb.
Görüş zamanı Nursultan Nazarbayev türk inteqrasiyasının daha da dərinləşməsinin xüsusi əhəmiyyətini qeyd edib.
"Qazaxıstan türk dünyasının bütün ölkələri ilə əməkdaşlıq edir. Mən Türk Şurasının bir sıra institutlarının yaradılması təşəbbüsü ilə çıxış etdim. Ən vacib olan ölkələrimiz arasında sülh və harmoniyanı təmin etməkdir", - deyə Elbaşı bildirib.
Öz növbəsində Sooronbay Jeenbekov Qazaxıstanın birinci prezidentinin türk dünyası ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəni qeyd edib və Elbaşını Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri statusu alması münasibətilə təbrik edib.

