Millət vəkillərimiz Serbiyaya səfər ediblər

Millət vəkillərimiz Serbiyaya səfər ediblər

Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov,   Sona Əliyeva, və Kamran Nəbizadə  Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında  iştirak etmək  üçün  Serbiyanın paytaxtı Belqrad şəhərinə  səfər ediblər. MM-dən "Olaylar"a verilən məlumata görə, toplatida "Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaşlığın töhfəsi", "Cenevrə Konvensiyaları - son 70 il ərzində baş vermiş silahli münaqişələr zamanı insanların təhlükəsizliyi və müdafiəsi"  mövzularında müzakirələr aparılacaq.

Tədbir çərçivəsində qurumun  Demokratiya və İnsan haqları, Dayanıqlı inkişaf, Maliyyə və Ticarət, Sülh və Beynəlxalq Təhlükəsizlik daimi komitələrinin iclasları, habelə Qadın Parlamentarların Forumu keçiriləcək. Millət vəkilləri yığıncaqlarda müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcəklər. Səfər oktyabrın 18-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31