Elmar Məmmədyarov Mevlüt Çavuşoğlu ilə nədən danışdı?
Elmar Məmmədyarov Mevlüt Çavuşoğlu ilə nədən danışdı?
14 Oktyabr 2019 14:50 SiyasətAzərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb."Olaylar" xəbər verir ki, görüş zamanı ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olundu. Nazirlər strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın regional və qlobal sabitlik və təhlükəsizliyin təşviqi baxımından vacibliyini qeyd etdilər.Tərəflər hər iki ölkənin iştirakı ilə həyata keçirilən mühüm layihələr ətrafında fikir mübadiləsi apardılar. Azərbaycan və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələrinin Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağını tərəflər xüsusilə qeyd etdilər.
Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyət, habelə Yaxın Şərq bölgəsində cərəyan edən proseslər barəsində geniş müzakirələr aparıldı və hər iki ölkənin öz təhlükəsizliyinin təmin edilməsi üçün yeritdiyi siyasətin vacibliyi vurğulandı.Görüşdə TDƏŞ və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Söz mülkünün sultanı
Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma Mərkəzinin kollektivi Nəsimi ilinə həsr edilmiş mədəniyyət həftəsi çərçivəsində ulu Nəsiminin hüzuruna səfər etdi.
Dərbənd səddindən Kür çayına qədər uzanan hələ əsrlərin o tayından böyük bir dövlətə paytaxt olan qədim bir tarix xəzinəsi. Çoxəsrlik tarixin qızıl açarı olan əbədiyaşar Şamaxı. Gülüstan qalasına, Şirvanşahlar sarayına məskən olan zəngin bir diyar. Mənbəyini uca dağlardan götürən gur sulu çaylar, şirin sulu qaynar bulaqlar, göy çəmənlər, əlvan rəngli ənbər qoxulu çiçəklər, şəfalı otlar, qol-budağı ilə sevənlərin görüş meydanına kölgə salan yaşı qərinələri, əsrləri adlayan ağaclar neçə sənətkara ilham olub. Bu yurdda Xaqani, Seyd Əzim, Sabir, Hadi, Səhhət və daha neçə böyük ustadlar yetişib. Şamaxı saza, sözə, muğama beşik olub. Bu yerdə köklənib sazın kök simi deyən Məmmədağa, Şakir, Rza, represiya qurbanı olan Mirzə Bilal bu torpaqda pöhrələnib. Məhz belə bir diyara yolçuluq etməyimiz heç də təsadüfü deyildi. Çünki şeirləri dünyaya meydan oxuyan, həqq söhləyib öz əqidəsindən dönməyən şairin ölümsüz xəzinəsindən saçılan şölənin nuru bizi öz sehirli aləminə səsləyirdi. O aləmdə insan ruhunun saflığından əks olunan bəyaz rəngin ölümsüz təsviri var idi. Nəsimi xəzinəsinin sehrinə düşən hər kəsin çöhrəsində o təsvir ifadə olunurdu. Nəsimi ucalığı sonsuz kainatın dövr edən parlaq göy cismləri ilə bir vəhdətdə intişar edirdi. O gün ulduzlar belə yer qübbəsinə qonaq gəlmişdi. Günəş buludların arasından salamlayırdı şeir, sənət, musiqi sevərləri. "Allahu əkbər ey sənəm, hüsnündə heyran olmuşam" sədaları ilə silkələnən Astrofizika Rəsədxanasının əsrlərə meydan oxuyan divarları belə Nəsimi ucalığı qarşısında kiçilib zərrələşirdi. Tədbirə şövq verən muğamlar, dəsgahlar belə Nəsimi ruhunu piçıldayırdı duyğulu könüllərə. Məhz o aləmin zaman, məkan sonsuzluğu fanilər dünyasının saat əqrəblərinə meydan oxuyurdu. Nəsimi işığına toplaşanları saz havacatları da məst eləyirdi. Ustad sənətkarın yastı balabanda ifası saxlayırdı gedənləri yolundan. "Çün Nəsimi aləmin sultanıdır" adlı bu doyumsuz tədbirdə "Məhşər" romanı ilə Nəsimi dünyasına işıq tutan İsa Muğanna, Nəsimi aləminə ekran həyatı verən Həsən Seyidbəyli də yad edildi. Bu filmin ölümsüz səhnələri gənclərin ifasında həyat tapdı. Bu tədbirdə hər kəs bir vücuda bürünmüşdü. Ağıl, zəka öz yerini poeziya ilə döyünən ürəyin vurğularının müşayəti ilə pərvaz edən ruha vermişdi. Tükənməyə məhkum olan saatlar ildırım sürəti ilə otüb keçdi və Nəsimiyə həsr edilmiş poeziya axşamı da tarixin doyumsuz səhifələrindən birinə çevrildi. O gün bitdi fəqət yaddaşlar, xəyallar o zaman dilimindən əsla imtina etmədi.
Rəfiqə Rafiq qızı,
Mədəniyyət üzrə Elmi-metodiki və
İxtisasartırma Mərkəzinin metodist