Kərimlinin sadə vətəndaşlar üzərində qurduğu iyrənc oyun- ŞƏRH
Kərimlinin sadə vətəndaşlar üzərində qurduğu iyrənc oyun-ŞƏRH
14 Oktyabr 2019 13:42 Siyasət30 ilə yaxındır ki, dövlət və dövlətçilik əleyhinə mübarizə aparan, Azərbaycanı hər addımbaşı aşağılamağa, onun imicinə, nüfuzuna xələl gətirməyə, paralel olaraq ölkədə xaos, anarxiya yaratmağa çalışan radikal siyasi düşərgə son addımı ilə bir daha bunu sübuta yetirdi. Hakimiyyətin sərbəst toplaşmaq azadlığını pozması barədə iddialarına qarşılıq olaraq Bakı Şəhər İcra Hakimiyyətinin radikal siyasi düşərgənin Milli Şura adlanan qanadına piket üçün yer ayırması əslində bu qüvvələrin bir daha ifşa olunması üçün atılmış addım idi desək yanılmarıq. Belə ki, məhz bu aksiya, piket vasitəsilə Azərbaycan cəmiyyəti bir daha adikal siyasi düşərgənin mübarizə texnologiyası, eyni zamanda fikir və düşüncələrinin dəyişmədiyi, hələ də 88-90-cı illərin meydan eyforiyası ilə yaşadıqları bir daha otaya qoyuldu. Piket zamanı radikalların nümayiş etdirdikləri aqressiya, sadə vətəndaşlara qarşı belə anormal davranışları onların əsas məqsədinin ölkədə qarşıdurma yaratmaq olduğunu ortaya qoydu. Elə millət vəkili Sona Əliyeva da bu qənaətdədir. O, bildirib ki, müxalifətin müraciəti əsasında razılaşdırılmış piketə icazə verilsə də, lakin radikal siyasi düşərgə bir daha özünün pozuculuq və xaos tərəfdarı olduğunu nümayiş etdirdi. Sona Əliyeva onu da əlavə edib ki, şəhərin mərkəzində, əhalinin və nəqliyyatın ən sıx olduğu yerdə piketə icazə verilməsini hökümətin kifayət qədər humanist və loyal addımı kimi qiymətləndirir: "Təbii ki, müxalifət bilərəkdən bu yer üçün müraciət etmişdi, çünki əhalinin sıx olduğu yerdə manevr imkanları, qarışıqlıq və qarşıdurma hallarının yaradılması asandan asan məsələdir. Olsun, əsas odur ki, onların istəyinə uyğun konstitutsion hüquqları təmin olundu. Nə baş verdi? Piketdən küçə yürüşünə cəhd, Azərbaycan polisini qaralamaq, asayişi pozanları hüquqları pozulmuş adamlar kimi təqdim etmək. Hər misalda Avropanı məsəl çəkənlər yəqin orda baş verən icazəsiz mitinqlərdə də polisin müdaxiləsindən xəbərsizdirlər, gözyaşardıcı qazdan istifadə etdiklərini, təzyiqli su ilə toplaşanları dağıtdıqlarını görməyiblər. Məsələn, Fransada məşhur sarıjiletlilərlə bağlı qarşıdurma. Əslində bu hadisələr normaldır, cəmiyyət varsa narazı elektorat həmişə olacaqdır, lakin dövlət ondan ötrüdür ki, məhz demokratik və humanist dəyərlərə hörmət edərək, bu kimi fəaliyyətlərə icazə versin, lakin qanunların da hamı üçün eyni olması prizmasından çıxış etsin. Dövlət hər kiçik narazı qrupun və ya kütlənin arzularını yerinə yetirməklə məşğul ola bilməz və olmamalıdır, həm də əgər bu istəklər xalqın maraqlarına yox, qrupun eqosunu təmin etməsinə yönəlibsə. Qısası, piketdən sui-istifadə göz qabağındadır, yenə hay-küydən başqa bir şey olmadı və Fuad Qəhrəmamlının məlum hadisələrdən sonra piketin əsas fiquru olması müxalifətin ən uğursuz qərarlarından biri idi. İnsanlar müxalifətə inanmır və keçmişi xırdalamadan bunun bir neçə səbəbi var. Birincisi, ona görə ki, onlar sadəcə dövlətə deyil, bir-birlərinə də müxalif mövqedən yanaşırlar, yəni fikir ve ideya həmrəyliyi yoxdur. İkincisi, apardıqları "mübarizə" siyasi etikadan kənar, böhtan, qaralama və daha çox dava-dalaşa təhriketmə ruhundadır. Bundan başqa yeni ideya, fikir və fəaliyyət yoxdur, aqresivlikləri isə daha çox cəmiyyətdə qıcıq yaradır. Yeni simanın olmaması və köhnə müxalifətçilərin keçmişdəki uğursuzluqlarınən unudulmaması. və s. müxalifətə inamın olmamasından irəli gəlir. Beləcə, təmsil olundiğum iqtidarı günahlandırmaq yox, özünə dönub baxmaq lazımdır.Və sonda xatırlatmaq istəyirəm, Azərbaycan cəmiyyətinin özünəməxsusluğu ondadır ki, pisi yaxşıdan seçə bilir və yaddaşı itidir".
Rəsulzadə bələdiyyəsi sədrinin köməkçisi Jalə Tofıqqızı isə deyib ki, icazəli piketi mitinqə çevirmək, bununla da cəmiyyətdə qarşıdurma yaratmağa çalışan radikal siyasi düşərgə yol verdikləri xətadan nəticə çıxarmaq əvəzinə, yenə də hakimiyyəti, eyni zamanda cəmiyyəti günahıandırmaq, ittiham etməklə məşğuldur: "İzacəli piketə gəlməyən Əli Kərimlinin bəyanatına baxın. Adam 1 kəlmə də demir ki, ay camaat niyə sizi işinizdən gücünüzdən etdiyim halda, aəksiyaya qatılmamışam. Amma nağıl danışmaqla məşğuldu. Piketə minlərlə adam gəlmişdi yalanını uydurmaqla deyil, videolardan da görünür ki, razidə o qədər insan yox idi. Həmçinin həmin ərazi gündəlik halında belə insanların sıx hərəkət etdiyi məkandır və sayı çox göstərməyə çalışmaq gülüncdür. Hətta söylənildiyi kimidirsə belə, 50 nəfərlik razılaşdırılmış piketə Əli Kərimli niyə minlərlə insan cəlb edir ki? Əvvəla, belə bir halın özündə qanunpozuntusu var. İkincisi, razılaşdırılmış iştirakçı sayından çox insanı aksiyaya cəlb etməklə, Əli Kərimli təxribata yol verir və məhz qarşıdurmanın yaranmasına cəhd edir. Və nəticədə bütün bu kombinasiyanı qurduqdan sonra, o, özü razılaşdırılmış piketə gəlmir. Sadə vətəndaşlar üzərində belə iyrənc oyunlar quran adama necə uymaq olar?".
Məhəmməd
Olaylar.az