Azərbaycan Prezidentinin növbəti effektiv demarşı Və Paşinyanın yenidən noqdaun vəziyyəti

Ermənistan rəhbərliyi son vaxtlar idman dili ilə desək sözün həqiq mənasında noqdaun vəziyyətini yaşayır. Son on gün ərzində bir-birinin ardınca ağır zərbələr alan işğalçı ölkənin baş nazirinin tezliklə nokauta düşəcəyi də şübhə edilmir. Belə ki, bir müddət əvvəl "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ciddi diplomatik zərbə alan Paşinyan aldığı ilk zərbənin noqdaun vəziyyətindən çıxmamış bu dəfə Aşqabadda anoloji halla üzləşib.  Bu günlərdə Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı dövlət başçısı İlham Əliyev Ermənistan dövləti və onun rəhbərliyinin iç üzünü tamamilə açıb və sözün həqiqi mənasında dünyanın gözü qarşısında Paşinyanı yerdən-yerə vurub. 

Zirvə Görüşünün gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciəti məsələsi müzakirə edilərkən Azərbaycan Prezidenti Cənab İlham Əliyev haqlı olaraq Ermənistanı faşizm ideologiyasına xidmət etməkdə ittiham edib. Dövlət başçısı bunun əyani sübutu kimi faşist cəlladı Qaragen Njde ləqəbi ilə tanınan Ter-Arutyunyana işğalçı ölkənin paytaxtında abidənin ucaldılmasını göstərib. Azərbaycan Prezidenti təəssüf hissi ilə qeyd edib ki, bütün dünya faşizm ideologiyasını pislədiyi halda, Ermənistanda faşist ideologiyasına xidmət edənlər əbədiləşdirilir: "Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" məruzə təqdim edib. Həmin məruzədə deyilir: "Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb". Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir".

Azərbaycan dövlət başçısı daha sonra qeyd edib ki, Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik "1941-1945-ci illərin Böyük Vətən müharibəsi" ensiklopediyasının "Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat" adlı VI cildində dərc edilmiş "Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti" adlı məqalədə deyilir: "Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur". Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur".

Azərbaycan Prezidentinin son on gün ərzində Ermənistan rəhbərliyinə yaşatdığı şok, dünyanın gözü qarşısında işğalçı ölkənin bütün eybəcərliklərini bir daha açıb ortaya qoyması rəsmi Bakının, xüsusilə də dövlət başçısının diplomatik uğuru kimi xarakterizə edilir. Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyir ki, Aşqabadda keçirilən MDB dövlət başçılarının sammitində Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana "sürpriz" hazırlaması və bütün ermənilərlə bərabər Paşinyanın özünün də ideallaşdırdığı, bütləşdirdiyi faşist köpəyi Qaregin Njdeyə İrəvanda abidə ucaldılmasını gündəmə gətirməsi sözün əsl mənasında diplomatik və siyasi demarş idi. Onun sözlərinə görə, İlham Əliyev II Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının oynadığı rolu xatırlatdı və haqlı olaraq qeyd etdi ki, MDB dövlətlərinin bəzilərində, xüsusilə də Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması halları baş verir: "Ermənistanda keçmiş hakimiyyət İrəvanın mərkəzində faşistlərə xidmət etmiş Qareqin Njde ləqəbli faşist cəlladına abidə ucaldıb. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni sökmədi. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılasına yer yoxdur".
Partiya sədri deyib ki, Azərbaycan lideri Ermənistanın bu gün də faşizmə dəstək verdiyini və faşist siyasət yürütdüyünü qeyd etdi. Paşinyan İlham Əliyevin bu haqlı fikirlərini təkzib etməyə çalışsa da, lakin məntiqsiz fikirləri ilə özünü biraz da çətin vəziyyətə saldı.

Partiya sədri bildirib ki, Paşinyanın savadsız və saxtakar çıxışını şərh edən Rusiyanın "Milli müdafiə" jurnalının baş direktoru, tanınmış hərbi ekspert İqor Korotçenko haqlı olaraq Paşinyana Rusiya Federasiyası Müdafiə Nazirliyinin baş redaksiya komissiyası tərəfindən nəşr olunan 12 cildlik "1941-1945-ci illər Böyük Vətən Müharibəsi" ensiklopediyasını oxumağı tövsiyə edib və erməni baş nazirə təhsilindəki boşluğu doldurmağı təklif edib. "İlham Əliyevin bugünkü parlaq diplomatik revanşının Paşinyanı növbəti dəfə öz ölkəsində siyasi qüvvələrin və erməni ictimaiyyətinin sərt təpkilərinə məruz qoyacağı şəksizdir. İndi Paşinyanın siyasi iflası bir qədər də sürətlənəcək".

Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31