İlham Əliyevin bəyanatı Ermənistanın yürütdüyü faşizm siyasətini ifşa etdi- Kənan Paşayev

"İlham Əliyevin Aşqabadda etdiyi çıxış Nikol Paşinyana vurulmuş ən böyük siyasi zərbə oldu. Cənab prezident eyni zamanda bütün MDB məkanında Ermənistanın yürütdüyü faşizm siyasətini ifşa etdi. Bütün MDB liderlərinin qarşısında Ermənistanın milli qəhrəman elan etdiyi bir faşisti tanıtdı". Olaylar.az-ın məlumatına görə, bu sözləri siyasi ekspert Kənan Paşayev Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan hakimiyyətini faşizm ideologiyasını təbliğ etməkdə, ikinci dünya müharibəsində Hitler Almaniyasına xidmət etmiş Qaregin Njdeyə abidə ucaltmaqda ittiham etməsini şərh edərkən deyib. Onun sözlərinə görə Azərbaycan prezidentinin bu siyasi zərbəsi qarşısında geri addım atmağa məcbur olan Paşinyanın vəziyyəti bir daha göstərdi ki, Ermənistan baş naziri qeyri-peşəkar siyasətçidir: "Ümumiyyətlə, son 10 gün ərzində Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyana vurduğu siyasi zərbələr beynəlxalq arenada hər iki dövlət başçısının ayıq-sayıqlığı, peşəkarlığı və nüfuzundan xəbər verir. Bu göstəricidə Nikol Paşinyan İlham Əliyevlə müqayisə edilə bilməyəcək qədər aşağı səviyyədədir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31