Qariqen Njdenin heykəli Ermənistan qəsbkarlığının daha bir sübutudur- Əli Eloğlu Miriyev
12 Oktyabr 2019 18:33 Siyasət"Ötən gün MDB məkanı ölkələrinin prezidentlərinin görüşü, Böyük Vətən Müharibəsinin, faşizm üzərində qələbənin 75 illik münasibətilə dünyaya, dünya ictimaiyyətinə müraciətidir. Tədbirdə MDB məkanı ölkələrinin liderləri bir araya yığılmışdır". Olaylar.az-ın məlumatına görə, bu sözləri siyasi ekspert Əli Eloğlu Miriyev deyib. Onun sözlərinə görə, görüşdə cənab prezident Ermənistan rəhbərliyinin işğalçılıq, təcavüzkar, faşizm siyasətinə tuttarlı cavab verib: "Cənab Prezident İlham Əliyev ilk olaraq Türkmənistana səfərlərindən, orada gedən abadlıq işlərindən, inkişafdan söz açmışdır. Ölkəmizin prezidenti faşizmin Qafqaz planlarından danışmışdır. Bildiyimiz kimi Alman faşizminin Qafqazda ən böyük hədəfi Bakı və Bakı nefti idi. Bakı Qafqazın ən önəmli regionlarından biri idi. Hətta Alman faşizminin planında bütün Rusiyanın, hətta müasir MDB məkanının məhv edilməsini əsas yer tuturdu. Tarixdə "Alman Tortu" ifadəsində məhv olmağından danışılırdı. Böyük vətən müharibəsində 600 mindən çox Azərbaycanlı bacı və qardaşlarımız həlak olmuşdur. 130 dan insan Sovet İttifaqı qəhramanı adını almışdır. Faşizm üzərində qələbədə Azərbaycanın, Bakının böyük əməyi olmuşdur. İstər elmi, istər sənaye baxımından. Azərbaycan 70% dən yuxarı nefti təşkil edirdi. Məşhur Azərbaycan alimi Yusif Məmmədəliyev "molotov kokteyl"in ixtiracısı hesab edilir. Təyyara üçün benzinin hazırlanmasındada xüsusi rolu olmuşdur". Ə. Miriyev xatırladıb ki, o dövrdə xalqın həlak olmasında, faşizmə yardım edənlərdən biri də Njde olmuşdur: "Məhz bu xain üçün Ermənistanda heykəl ucaldılmışdır. Lakin bu heykəl hələdə Ermənistanda mövcuddur. Bu MDB ölkələrinə və qələbəyə hörmətsizlik xarakteridir. Ermənistan qəsbkarlığının bir daha sübutudur".