İlham Əliyev İspaniya kralını təbrik etdi
İlham Əliyev İspaniya kralını təbrik etdi
11 Oktyabr 2019 18:19 SiyasətPrezident İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Əlahəzrət, İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31