ABŞ və Rusiya Türkiyənin antiterror əməliyyatına maneə olmayacaq
ABŞ və Rusiya Türkiyənin antiterror əməliyyatına maneə olmayacaq
11 Oktyabr 2019 15:59 Siyasət"ABŞ və Rusiya Türkiyənin "Sülh çeməsi" əməliyyatını keçirməsinə mane olmayacaq". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Fazil Mustafanın sözlərinə görə, Rusiya və ABŞ tərəfi bu addımın təhlükəsizlik məqsədilə atıldığını bildiyi üçün heç bir əks tədbir görməyəcək: "Amerika hər nə qədər etirazlı görünsə də, onun da yanaşmasında müəyyən rasional bir addım var. Trampın açıqlaması onu göstərdi ki, Türkiyə olmasa, suriyalılar bütün dünyaya dağılmışdı. Bu fikir Türkiyənin önəmini izah etmək baxımından söylənilib. Suriyada terroru, oradakı vəziyyəti Türkiyəyə qarşı himayə edən tərəf ABŞ idi. Türkiyənin məsələdə qınanılacaq bir tərəfi yoxdur, sadəcə öz təhlükəsizliyini düşünür".
Xatırladaq ki, Prezident Rəcəb Tayyip Ərdoğan ötən gün Türkiyə ordusunun Suriyada yeni hərbi əməliyyata başladığını elan edib. "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatından sonra başlayan 3-cü əməliyyat "Sülh çeşməsi" adı ilə həm hava, həm də qurudan aparılacaq. Məqsəd Türkiyə ilə sərhəddə yerləşən YPG silahlı qruplaşmasını sarsıtmaq və 30 kilometrlik təhlükəsizlik zonası yaradaraq, Türkiyədə yaşayan 2 milyon suriyalı qaçqını orda yerləşdirməkdir.