Radikal müxalifət sivil qaydada kütləvi tədbir keçirmək iqtidarında deyil- TƏHLİL
Radikal müxalifət sivil qaydada kütləvi tədbir keçirmək iqtidarında deyil-TƏHLİL
11 Oktyabr 2019 13:44 Siyasət50 nəfərlik aksiyanı idarə edə bilməyən quruma hakimiyyəti necə etibar etmək olar?
Azərbaycana qərəzli mövqeyi ilə seçilən beynəlxalq təşkilatlar və onların himayəsi ilə varlığını sübut etməyə çalışan müxalifətin bütün cəhdlərinə puça çıxmaqdadır. Milli Şuranın keçirdiyi sonuncu aksiya da fiaskoya uğrayıb desək, fikrimizdə heç də yanılmarıq. Nəzərə almaq lazımdır ki, Milli Şura və AXCP cütlüyünün təşkilatçılığı ilə keçirilən aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış şəraitdə baş tutub. Üstəlik hüquq- mühafizə orqanları mitinq iştirakçılarının təhlükəsizliyini təmin edib. Bundan başqa, AXCP-nin fəalları uzun müddət sosial şəbəkələrdə insanları aksiyaya dəvət ediblər. Daha dəqiq, öz ənənəvi iyrənc metodlarından istifadə edərək mitinqə çağırışlar ediblər. Müşahidələr deməyə əsas verir ki, müxalifətin aksiyası 25 il bundan əvvəlki mitinqlərdən heç nə ilə fərqlənməyib. Daha dəqiq, müxalifət elə köhnə şineldə olduğu kimi qalıb, şüarlar, tələblər müxalifətin hələ də yerində saydığını təsdiq edib. Özünü müxalifətin lideri adlandıran gözəgörünməzlər yenə də mitinqdə qeybə çəkiliblər, öyrədilmiş ayrı-ayrı şəxslər heç bir əsas olmadan iqtidara qarşı qərəzli ittihamlar səsləndiriblər. Baxmayaraq ki, oktyabrın 8-də razılaşdırılan piketin yüksək təhlükəsizlik şəraitində keçirilməsi üçün təşəbbüs qrupuna əvvəlcədən qanunun tələbləri nəzərlərinə çatdırılıb və xəbərdarlıq edilib. Açıq-aydın şəkildə bildirilib ki, piketin keçiriləcəyi ərazidə, hərəkətin intensivliyini, əhalinin sıxlığını nəzərə alaraq, polis tərəfindən qanunun tələblərinə uyğun razılaşdırılan xüsusatlardan kənar, qanunsuz müdaxilə və cəhdlərin, əhalinin rahatlığını, təhsil müəssisələrinin, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı alınacaq. Say tərkibi müəyyən olunan piket iştirakçılarından kənar şəxslərin təyin olunmayan yer və ətraf ərazilərə toplanması nəzərdə tutulmayıb. "Sərbəst toplaşmaq haqqında" qanununa əsasən ayrı-seçkiliyə, ədavət, zorakılıq və təhqiredici çağırışlarla müşayiət olunan milli, irqi, dini ədavəti təbliğ edən davranış, eləcə də müraciətdə göstərilən ifadələrdən əlavə digər şüarların səsləndirilməsinə imkan verilməyəcək. Qeyd olunanları nəzərə alaraq, təşəbbüskarları və qanunla 50 nəfərlik piketdə iştirak etmək arzusunda olanların hüquq qaydasına əməl etmələri tövsiyə olunub.
***
Bəs, reallıqda nə baş verib? Aksiya başlamamışdan əvvəl, təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi, yaşayış olduğu dar səkidə müxtəlif şüarların səsləndirilməsi, ajiotaj yaratmaq cəhdləri qanunun tələblərinə zidd əməllər olmaqla yanaşı, həm də bu insanların niyyətlərinin öz etirazlarını bildirmək deyil, asayiş keşikçilərini təxribata çəkmək və problem yaratmaq olduğunu nümayiş etdirdi. Kənarda əlində "Xalq sizinlədir - cənab Prezident İlham Əliyev" şüarı ilə dayanan bir nəfərə qarşı cəbhəçilərin hücumü, plakatın onun əlindən alınması və cırılması bu insanların destruktiv, dözümsüz, təxribatçı qaragüruh olduğunu, heç bir sivil mübarizə metodlarını tanımadığını göstərdi. Əli Kərimli piketdə görünmədi, öz ətrafını təlimatlandırıb prosesi kənardan izləmək yolunu tutdu. Söz demək üçün imkan, meydan axtaran AXCP sədrinin deməyə sözü yoxdur, tükənib, yoxsa personası haqqında o qədər yüksək fikirdədir ki, piketi özünə yaraşdırmayıb? Bütün bunlar bir daha açıq şəkildə nümayiş etdirir ki, AXCP və "milli şura"da toplaşan radikal ünsürlər normal qaydada, sivil, qayda-qanuna riayət etməklə kütləvi tədbir keçirmək iqtidarında deyillər. Bunlar hər belə bir imkanı qanunları pozmaq, qarşıdurma yaratmaq və tamaşa təşkil edərək növbəti kampaniya üçün mövzu qazanmaq şansı kimi qiymətləndirirlər.
Azərbaycan cəmiyyətindən, xüsusilə müxalifət düşərgəsindən dəstək ala bilməyən Milli Şura aksiyanın keçirilməsində xarici havadarlarının maddi və mənəvi yardımından gen-boluna isifadə etməsi heç kimdə şübhə doğurmur. Əslində Milli Şuranın Azərbaycan cəmiyyətindən bu dəstəyi ala bilməyəcəyi gün kimi aydın idi. Elə bu səbədən də aksiya üçün əhalinin daha gur, gediş-gəlişin daha çox olduğu məkan seçilmişdi. Qətiyyətlə demək olar ki, müxalifət adından öz şəxsi məqsədləri üçün istifadə edərək, "siyasi fəaliyyətləri"ni satqınlıq və xəyanət üzərində kökləyən AXCP və "Milli Şura" adlı qondarma qurum anti-Azərbaycan qüvvələrin, xüsusilə də ermənipərəst ağalarının tapşırığı ilə 8 oktybr 2019-cu ildə ölkəmizdəki sabitliyi, asayişi pozmaq niyyəti güdüb. Baxmayaraq ki, onlara piket keçirilməsinə icazə verilsə də, dəfələrlə şahidi olmuşuq ki, onlar belə icazəli piket keçirmək adı ilə yığışsalar da, nəticədə dövlət əleyhinə, hökümət əleyhinə çağırışlar edərək, ölkədə sabitliyi, əsayişi pozmağa çalışıblar. Çünki Azərbaycanın sürətli inkişafını, dünya birliyinə inteqrasiyasını, əhalinin həyat səviyyəsinin yüksəldilməsini və iqtidar-xalq birliyini heç cür qəbul edə bilməyən düşmən qüvvələrdən ölkədə qarşıdurma yaratmaq üçün qranta adı altında hər dəfə külli miqdarda xarici valyuta alan müxalifətə dinc aksiya keçirmək sərf eləmir. Ona görə də Əli Kərimli və ətrafı aksiyada hazırladıqları provakatorlar vasitəsilə aranı qatıb təxribat törətmək cəhdində bulunublar. Göründüyü kimi, müxalifət yenə də eyni metodlardan, eyni dağıdıcılıq fəaliyyətindən istifadə etmək niyətin açıq şəkildə ortaya qoymaqdadır. Ancaq unudurlar ki, dövlətimizin sükanı etibarlı əllərdədir, respublikamızda möhkəm xalq-iqtidar birliyi mövcuddur, hüquq mühafizə orqanları da hər zaman olduğu kimi dövlətimizin, xalqımızın, müstəqilliyimizin keşiyində ayıq-sayıq dayanıb. Aksiya iştirakçıları xüsuilə nəzərə almalıdırlar ki, Milli Şuranın xarici anti-Azərbaycan dairələrin təhriki ilə ölkədə siyasi vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq cəhdləri sadə vətəndaşlar tərəfindən kəskin etirazla qarşılanıb.
Zəka
Olaylar.az