Qərb Ankaranın siyasəti qarşısında pat vəziyyətində- MÜNASİBƏT

Qərb Ankaranın siyasəti qarşısında pat vəziyyətində-MÜNASİBƏT

Artıq bir neçə gündür ki, Türkiyə Silahlı Qüvvələri Suriyada PKK terror təşkilatına qarşı antiterror əməliyyatlarına start verib. "Barış pınarı" adı atında həyata keçirilən hərbi əməliyyatlar barədə Ankara ilə Vaşinqton arasında əvvəlcədən razılıq əldə edilsə də, lakin antiterror əməliyyatları başlayandan sonra Birləşmiş Ştatların sərgilədiyi mövqe və Türkiyəyə qarşı kəskin reaksiyanın verilməsi onu deməyə əsas verir ki, qardaş ölkənin Suriyada PKK terror təşkilatın qarşı həyata keçirdyi antiterror əməliyyatı heç də asan və rəvan şəkildə getməyəcək. Necə ki, "Zeytun dalı" antiterror əməliyyatında Birləşmiş Ştatlar gizli yolla PKK-nın Suriya qanadı olan YPĞ-ya silah-sursat ötürürdü, eyni ilə "Barış pınarı" əməliyyatında da Suriyadakı amerikan əsgərləri PKK-ya eyni yardımı göstərə bilər. Bu isə Türkiyə Silahlı Qüvvələrinə Suriyada başladığı antiterror əməliyyatında çətinliklər yarada və onu daha çox itki ilə üzləşdirə bilər. Nə qədər acı da olsa, Türkiyə bunun ilk zərbəsini aldı. Belə ki, ötən gün Suriya ilə sərhəddən PKK terrorçularının Türkiyənin Mardin və Şanlıurfa əyalətlərinə atdığı top mərmiləri nəticəsində ona yaxın insan həlak olub, yüzlərlə sakin isə müxtəlif dərəcəli xəsarət alıb. Ancaq Türkiyə Silahlı Qüvvələri də eyni zamanda Suriyada PKK terror təşkilatına qarşı uğurlu hərbi əməliyyatlar aparır. Təkcə ötən gün ərzində Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının daha 19 silahlısı məhv edilib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla da zərərsizləşdirilən terrorçuların sayı 174-ə çatıb.  Bundan başqa əməliyyat çərçivəsində Suriyada PKK/YPG və İŞİD terrorçularından təmizlənən kəndlərin sayı isə 11-ə çatıb. 

Bu arada qardaş ölkəyə qarşı beynəlxalq təzyiqlər, basqılar da artmaqdadır. Türkiyənin haqlı davasına dəstək verib beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparmaq əvəzinə dünyanın güc mərkəzləri sayılan Birləşmiş Ştatlar, Rusiya, hətta İran belə, həmçinin Avropa Birliyi Ankaranın terrorizmə qarşı apardığı əməliyyatı pisləyir. Bəs görəsən beynəlxalq təzyiqlər Türkiyənin antiterror əməliyyatına nə dərəcədə mənfi təsir göstərə bilər? Ümumiyyətlə, dünya güclərinin terrorizm əleyhinə aparılan mübarizəyə qarşı çıxmalarının başlıca səbəbi nədir?

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Türkiyənin Suriyanın şimal-şərq hissəsində PKK-nın Suriya qolu olan YPG terror təşkilatına qarşı "Barış Pınarı" hərbi əməliyyatına Avropa Birlyinin etirazı əsasən Ankaranın regional gücdən qlobal siyasətə təsir edən bir ölkə statusuna malik olması narahatlıqlarından irəli gəlir. Onun sözlərinə görə, artıq Türkiyə kifayət qədər xarici siyasətində müstəqil hərəkət edərək, öz milli təhlükəsizliyini və suverenliyini qorumaqda prinsipiallıq göstərir: "Birləşmiş Ştatlar və Avropa Birliyi ölkələri də məhz Ankaranın bu siyasəti qarşısında pat vəziyyətə düşüblər. Avropa İttifaqı və Birləşmiş Ştatlar Türkiyənin hər hansı bir terror təşkilatına qarşı hərbi əməliyyatına görə narahat deyillər. Sadəcə Ankranın onlarla hesablaşmadığından narahatdılar. Bundan əlavə, bu hərbi əməliyyatlarla prezident Rəcəb Tayyib Ərdoğanın kifayət qədər siyasi nüfuzunun yüksəlməsindən əndişəlidirlər. Çünki, Rəcəb Tayyib Ərdoğan Qərbin qarşısında Türkiyəni kifayət qədər müstəqil edibdir".

Politoloq bildirib ki, Türkiyə 911 kilometr Suriya sərhəddini nəzarətə götürərək, öz geosiyasi maraqlarını kifayətqədər gücləndirəcək: "Rusiya, İran və Birləşmiş Ştatlardan daha artıq Ankara Suriyada hərbi əməliyyatlar aparmaqda haqlıdır. Birləşmiş Ştatlar Rusiya və İran sərhədləri olmayan uzaq Suriyada nə gəzir?! Vaşinqtonun da Türkiyəyə qarşı sanksiya bəyanatları sabun köpüyüdür. Birləşmiş Ştatlar Suriyada nə axtarırsa, Ankarada Suriyada onu edir. Artıq Rusiya, İran kimi Ankara da Suriya məsələsində söz sahibidir.

Bununla da böyük bir areala nəzarət etməklə, kürd separatizminin və terrorizminin qarşısnı almış oldu". Məhəmməd Əsədullazadə qeyd edib ki,  Türkiyənin başladığı "Barış pınarı" əməliyyatı həmçinin Suiyanın ərazi bütövlüyünün qorunması deməkdir: "Əgər, Türkiyə bu əməliyyata başlmasaydı, burada YPG  dövləti yaradılıb, Suriyanın və Türkiyənin ərazi bütövlüyünü təhdid edəcəkdi. Qeyd edim ki, bu əməliyyata YPG terrorçuları müqavimət göstərsə də,  nəticəsiz qalacaq. YPG terrorçularının Əsəd rejimi ilə danışıqlara gedib, Türkiyəyə qarşı ittifaq qurmaq təşklifi Dəməşq tərəfindən qəbul edilməyəcək. Türkiyənin bu əməliyyatdan sonra Moskvanın vasitəsilə Əsəd rejimi ilə əlaqələri bərpa edilə bilər".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31