MDB Parlamentlərarası Assambleyasının iclasında ermənilərin təxribat xarekterli təklifi
MDB Parlamentlərarası Assambleyasının iclasında ermənilərin təxribat xarekterli təklifi
11 Oktyabr 2019 13:27 SiyasətCari ilin oktyabr ayının 10-da RF Sankt Peterburq şəhərində MDB PA siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi Komissiyasının növbəti iclası olub. "OLAYLAR" xəbər verir ki,ş iclasda Azərbaycanı deputatlar Rüfət Quliyev, Rasim Musabəyov və Azərbaycan Respublikasının MDB PA-dakı səlahiyyətli nümayəndəsi - PA Şurası baş katibinin Aydın Cəfərov təmsil ediblər.
İclasda deputat Rüfət Quliyev yenidən MDB PA siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi komissiyasının sədr müavini seçilib. Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan bütün məsələlərdə fəal iştirak edib, psinsipial mövqe nümayiş etdiriblər.
Xüsusilə iclasın gündəliyindəki ikinci məsələ MDB PA müşahidəçi statusunun əsasnaməsinin layihəsinin müzakirəsi çox qızğın keçib və deputatlar Rüfət Quluyev, Rasim Musabəyov və Aydın Cəfərovun çıxışları kəskinliyə fərqlənərək, ermənilərin təxribat xarekterli təkliflərinin qarşısını qətiyyətlə alıblar.
Belə ki, Asiya müsəlman ölkələrinə MDB PA-da müşahidəçi statusu verilməsi hələ keçən iclasda müzakirə olunub və MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinə təklif olunub ki, əsasnamə ilə əlaqədar konkret təkliflər versinlər. Ancaq Ermənistan Parlamentindən elə təxribat xarekterli təkliflər daxil olub ki, bu, Asiya müsəlman dövlətlərinə müşahidəçi statusunu verilməsini əngəlləyirdi. Müsəlman dövlətlərinə qərəzli erməni münasibəti azərbaycanlı deputatları çox hiddətləndirib və iclasda onlar erməni təkliflərininqəbul olunmasına yol verməyiblər.
Sonda iclasda qərara alınıb ki, əsasnamənin layihəsi yenidən işlənmək üçün MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinə göndərilsin.
Qeyd olunub ki, ya yeni konstruktiv layihə hazırlansın, ya da keçən il təqdim olunmuş layihə gücündə qalsın.
Həmçinin nümayəndə heyətimizin üzvləri təklif ediblər ki, lazım gəldiyi təqdirdə layihə MDB PA-da hüquqi ekspertizadan keçirilsin. Beləliklə, ermənilərin daha bir antimüsəlman təxribatının qarşısı tam kəskinliyi ilə alınıb.