Partiya sədrindən təklif-Bütün Azərbaycan cəmiyyəti “Qarabağ Azərbaycandır” hərəkatı ətrafında birləşməlidir

Partiya sədrindən təklif-Bütün Azərbaycan cəmiyyəti “Qarabağ Azərbaycandır” hərəkatı ətrafında birləşməlidir

Bütün Azərbaycan cəmiyyəti "Qarabağ Azərbaycandır" hərəkatı ətrafında birləşməlidir. "Olaylar" xəbər verir ki, bunu Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib. Millət vəkili əlavə edib ki, bu şüar altında ümumxalq yürüşü keçirilməlidir: "Azərbaycan bayrağı altında Bakının hansısa nöqtəsindən Bayraq meydanına yürüş edilə bilər. Bununla iradəmizi orataya qoyub, Prezidentin yanında olduğumuzu göstərməliyik". Millət vəkilinin dediyinə görə, Azərbaycanda sayı ermənilərdən qat-qat çox olan etnik qruplar var, onlar əsrlər boyu azərbaycanlılarla eyni sırada, eyni mövqedə bu dövlət üçün canlarından, qanlarından keçiblər: "Əgər bu etnik qruplar azərbaycanlılarla bərabər, heç bir problem olmadan yaşayırlarsa, ermənilər də Azərbaycan qanunlarını, ərazi bütövlüyünü qəbul edərək Azərbayxan xalqı ilə bərabər yaşayıb dövlətçiliyə xidmət edə bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31