Nazir müavini ABŞ nümayəndə heyətini qəbul edib
Nazir müavini ABŞ nümayəndə heyətini qəbul edib
9 Oktyabr 2019 16:41 Siyasət2019-cu ilin 9 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Nadir Hüseynov ölkəmizdə işgüzar səfərdə olan Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamentinin İmmiqrasiya və Gömrük Xidmətinin Direktor müavini xanım Marlen Pineironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən "Olaylar"a bildirilib ki, görüşdə həmçinin Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfiri cənab Earle Litzenberger və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsuluq İdarəsinin rəisi, səfir Faiq Bağırov iştirak edirdi. Görüş zamanı iki ölkə arasında mövcud siyasi, humanitar və digər sahələrdə münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparıldı, qanuni miqrasiya və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edildi.Nazir müavini Nadir Hüseynov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qarşı tərəfə məlumat verdi.Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.