Elmira Axundova Sankt-Peterburqa gedir

Elmira Axundova Sankt-Peterburqa gedir

Milli Məclisin üzvü Elmira Axundova oktyabrın 9-da  Rusiya Federasiyasına  səfərə gedəcək. MM-dən "Olaylar"a verilən məlumata görə, millət vəkili Sankt-Peterburq  şəhərində keçiriləcək  Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman məsələləri  komissiyasının  iclasına qatılacaq. Tədbirdə  təşkilati və  bir sıra məsələlərə baxılacaq. Deputatımız müzakirəyə çıxarılan məsələlərə öz münasibətini bildirəcək, təkliflər verəcək. Səfər oktyabrın 11-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31