Deputat: “Azərbaycan dünyada öz sözünü deyən və öz siyasəti ilə böyük uğurlara imza atan ölkələrdəndir”

Deputat: “Azərbaycan dünyada öz sözünü deyən və öz siyasəti ilə böyük uğurlara imza atan ölkələrdəndir”

Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ilə müəllim və tələbələrin növbəti görüşü keçirilib. Universitetin rektoru, akademik Kamal Abdulla rayonun millət vəkilini Universitetdə salamlayıb və bu görüşlərin adət halını almasını diqqətə çatdırıb. "Olaylar" xəbər verir ki, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, bu gün Azərbaycan dünyada öz sözünü deyən və öz siyasəti ilə böyük uğurlara imza atan ölkələrdəndir. Bu uğurların təməlini ulu öndər, ümumilli lider Heydər Əliyev qoyub. Onun siyasi kursunu isə cənab prezident davam etdirir. Azərbaycan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dinamik inkişaf edir, mütəmadi olaraq çox mühüm nailiyyətlər əldə edir. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası da Azərbaycanın inkişafına öz layiqli töhfəsini verir. Ümumiyyətlə, YAP öz fəaliyyətini Heydər Əliyev ideyaları əsasında davam etdirir, Heydər Əliyev yolu ilə irəliləyir. Prezidentin siyasətinin həyata keçirilməsi və təbliğində aparıcı - avanqard rol Yeni Azərbaycan Partiyasına məxsusdur. Ölkəmizdə uğursuzluğa düçar olmuş və milli maraqlara zidd hərəkətləri ilə özlərini ifşa etmiş bəzi adamlar xaricə üz tutaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyasında iştirak edir, sosial media vasitəsilə həqiqətlərə uyğun olmayan, uydurma, böhtan xarakterli məlumatlar yayırlar. Əlbəttə Azərbaycan cəmiyyəti belələrini dəstəkləmir, onların öz uğursuzluqlarını ört-basdır etmək üçün yalan məlumatlar dövriyyəyə buraxdıqlarını, anti-milli çağırışlar səsləndirdiklərini bilir. Ümumiyyətlə bu cür cəhdlər faydasız və nəticəsizdir, iflasa məhkumdur, çünki Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur, ölkəmizdə sabitlik və inkişaf hökm sürür. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib və bütün bunlar Azərbaycanın qüdrətinin artmasını təmin edib. Bütün bu reallıqları görən hər bir vətəndaş Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti yüksək qiymətləndirir, bu siyasətin Azərbaycanın gələcək inkişafının əsası olduğunu anlayır və dövlətimizin başçısına, onun siyasətinə böyük inamını ifadə edir. Ona görə də Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanlar, o cümlədən sosial şəbəkələrdə yalan məlumatlar yayanların "fəaliyyət"i xalq tərəfindən ciddi narazılıqla qarşılanır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31