Radikal müxalifət iflasa uğrayır- MÜNASİBƏT
Radikal müxalifət iflasa uğrayır-MÜNASİBƏT
9 Oktyabr 2019 13:03 SiyasətBu "piket" bir daha göstərdi ki, mitinqə ehtiyac yoxdur
Əsrin dörddə biri qədər müxalifətçilik tarixi olan siyasi təşkilatın elementar piket keçirmək təcrübəsinin olmaması sözün həqiqi mənasında biabırçılıqdır. Sivil siyasi mübarizədə uğur qazana bilməyərək meydan psixologiyasını "uğur açarı" kmi seçən radikal müxalifət çox təəssüf ki, bunun da öhdəsindən gələ bilmədiyini ortaya qoydu. Elə oktyabrın 8-də Milli Şura tərəfindən keçirilən piket radikal müxalifətin bütün iç üzünü açmaqla yanaşı, özünüifşa aksiyasına çevrildi. Təkcə piketin təşkilatçılarının meydanda olmaması, dinc aksiyanı qarşıdurmaya çevirmək çəhdi dediklərimizi bir daha sübut etmiş olur. Məlumat üçün qeyd edək ki, dünyanın istənilən ölkəsində təşkil edilən etiraz aksiyalarında hüquq-mühafizə orqanları ictimai asayişin təminatçısı olaraq nəzarət funksiyasını yerinə yetirilər. İnsafən qeyd edilməlidir ki, sözügedən piketdə də ölkənin hüquq mühafizə orqanları ciddi-cəhdlə öz vəzifələrini yerinə yetirməyə çalışırdılar. Lakin Əli Kərimli, daha doğrusu "Yurd" məktəbi keçmiş AXCP törəmələri bütün vasitələrdən istifadə edərək polisi təxribata sürükləməyə çalışırdılar. Müşahidə etdiyim iki epizodu xatırlatmaq yetərlidir ki, aksiyanın əsas məqsədi barədə real bilgi əldə olunsun. Belə ki, polis bir aksiya içtirakçısını qanuna riayət etməyə dəvət edir, o isə bir az da radikallıq nümayiş etdirir, polis ona yaxınlaşaraq ictimai asayişi pozmamağı tövsiyyə etdikdə həmin şəxs "Qarabağ" deyə qışqırır. Elə görüntü yaratmağa çalışır ki, guya onlar Qarabağ aksiyası keçirirlər, polis isə onlara imkan vermir. Digər bir epizod isə aksiya iştirakçılarının xaricə mühacirət etmə planlarından xəbər verir. Deməli, bir qadın açıq-aşkar dövlət nümayəndələrini təhqir edir, polisə hədə-qorxu gəlir, tələb edir ki, məni rəhbər şəxslərin yanına aparın. İki qadın polis onun qoluna girərək qəbula apardığı məqamda qadının ürəyi tutur, yerə sərilir. Dərhal bir cavan qız telefonla çəkiliş aparır və polisin qadına qarşı zorakılıq etdiyini bildirir. Sonradan məlum olur ki, çəkiliş aparan həmin qadının qızı imiş. Məqsəd isə bu üsulla xaricə mühacir etməkdir. Belə məlum olur ki, saxta vəsiqə satmaqda böyük təcrübəsi olan Əli Kərimlinin "xalq" adlandırdığı aksiya iştirakçılarinın bir gülləyə iki dovşan vurmaq niyyəti olub. Aidiyyəti orqanların xəbərdarlığına baxmayaraq, sosial şəbəkələrdə piketi mitinqə çevirmək və daha radikal metodlara əl atmaq çağırışları Ə.Kərimli və ətrafının niyyətinin heç də dinc aksiya keçirmək deyil, yaradılmış imkandan istifadə edərək öz məkrli niyyətlərini reallaşdırmaq olduğunu göstərdi. Təsadüfi deyil ki, hələ aksiya başlamamışdan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti ilə üzbəüz istiqamətdə toplaşan Tofiq Yaqublu və digərləri süni ajiotaj yaradır, aksiyanı istədikləri kimi sərbəst keçirmək istidiklərini bəyan edir və hər hansı yer ayrılmasından narazılıqlarını bildirirdilər. Sadalanan faktlar deməyə əsas verir ki, Milli Şura, konkret olaraq AXCP normal şəkildə aksiya təşkil etmək iqtidarında deyil.
Onu da qeyd edək ki, Əli Kərimlinin 50 nəfərlə "inqilab" cəhdi növbəti özünüifşa vasitəsinə çevrilmiş oldu. Belə ki, aksiya iştirakçılarının sayı bir daha Milli Şuraya daxil olan partiyaların sosial bazasının tükəndiyini nümayiş etdirdi. Cəmiyyət bir daha şahidi oldu ki, Əli Kərimlinin indiyə qədər etdiyi populist çıxışların arxasında heç bir real güc yoxdur. Əkisnə, belə çıxışların müəllifi aksiya zamanı iştirakçıları meydanda tək qoyaraq aradan çıxır. Siyasi əqidəsinə dönük çıxan bir şəxslə birgə addımlamağa, onun "çaldığı ilə oynamağa" dəyərmi? Deməli, Əli Kərimlinin sosial şəbəkələrdə vətəndaşları bu aksiyanı müşahidə etməyə çağırması, şəhərin mərkəzində itaətsizlik mühiti və hətta mümkün olacağı təqdirdə qarşıdurma yaratmaq, özünü müxalifətdə real güc mərkəzi kimi təqdim etmək və müvafiq piar kampaniya aparmaq məqsədi daşıyıb. Beləliklə bu "piket" bir daha göstərdi ki, mitinqə ehtiyac yoxdur. Polisin qanuni tələblərinə əməl etməmək, müqavimət göstərmək, təhqiramiz ifadələr işlətmək, yolu bağlamaq, nəqliyyatın hərəkətinə maneçilik törətmək və s bu kimi əməllər bir daha göstərir ki, 90-cı illərin psixologiyası, ab-havası ilə yaşayan bu ünsürlər heç vaxt düzəlməyəcəklər və ilk fürsətdə cəmiyyətdə qarşıdurma, xaos yaratmağa çalışacaqlar.
Yap Siyasi Şurasının üzvü Vaqif Abdullayev bidldirib ki, özünü müxalifət adlandıran radikal qüvvələrin oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi piket onların növbəti dəfə biabırçı görkəmini cəmiyyətə nümayiş etdirdi. Günlərdir hökuməti mitinq keçirmək üçün yer ayırmamaqda ittiham edən Əli Kərimli şəhərin mərkəzində verilən icazəli piketə bir qrup qatı müxalifətçini toplamaqla Azərbaycan cəmiyyəti tərəfindən süpürülüb atıldıqlarını təsdiqlədi. Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən əraziyə radikal dəstədən başqa heç kimin qatəlmaması onların rüsvayçı durumunu bir daha göstərmiş oldu: "Məsələ ondadır ki, Milli Şura adlanan bu dağıdıcı qüvvələrin piketinə heç Əli Kərimli və Cəmil Həsənli də gəlməyə cürət etmədi. Onlar rüsvay olacaqlarını bildiklərindən yenə də adətləri üzrə gizlənməyə məcbur oldular. Dövlət bu qüvvələrə normal qaydada şərait yaratsa da, onlar yenə də dağıdıcı əməllərindən, qara niyyətlərindən qalmayaraq şəhərdə qarşıdurma yaratmağa çalışdı. Onlar piket üçün təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi, yaşayış olduğu dar səkidə müxtəlif şüarların səsləndirilməklə, ajiotaj yaratmaq cəhdləri ilə yenə də təxribatçı xislətlərini biruzə verdilər. Onlar bu hərəkətləri ilə açıq-aşkar piket deyil, təxribat və qarşıdurma yaratmaq istəklərini nümayiş etdirdilər. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycanın hüquq-mühafizə orqanları aksiya üçün nəzərdə tutulmayan ərazidə siyasi şüarlar səsləndirən, ictimai asayişi pozmağa və təxribat yaratmağa cəhd edən bu radikallara qarşı kifayət qədər dözümlülük nümayiş etdirərək aksiyanın dinc başa çatmasınə təmin etdilər. Radikal müxalifət beləliklə, növbəti dəfə özünü ifşa etdi".
Zəka
Olaylar.az