AXCP+İran molla rejimi= ”MeydanTV”
AXCP+İran molla rejimi=”MeydanTV”
8 Oktyabr 2019 20:58 SiyasətAzərbaycan Respublikasının sabiq vətəndaşı, hal-hazırda Almaniyada yaşayan Həbib Müntəzir (Abdullayev) 2013-cü ildən Berlində "Meydan Tv" adlı sosial media şəbəkəsini çalışdırır. Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Həbib Müntəzir 2000-2001-ci illərdə Bakıda "Qərb Universiteti"ndə təhsil almış və bir ildən sonra oranı tərk edərək İranın Qum şəhərinə getmişdir. Burada dini və sosial-media üzrə xüsusi təhsil alıb. Bakıya döndükdən sonra, "Tin söhbəti" adlı sosial şəbəkəni qurmuş və Azərbaycan hakimiyyətinə qarşı gənclər arasında təbliğat aparmışdır. 2013-cü ildə isə, "müəmmalı" şəkildə Almaniyada mühacir statusunu ala bilmişdir. Bu vaxtan başlayaraq, İİR-in Berlindəki səfirliyinin dəstəyi ilə "Meydan Tv"-ni təsis etmişdir. Bu tv kanalın demək olar ki, Azərbaycan Respublikasının bütün bölgələrində "xüsusi müxbir post"ları fəaliyyət göstərir. O da bəllidir ki, hər hansı bir media orqanının bu qədər ştatlı müxbir saxlaması üçün azından ayda 150 min dollar vəsait tələb olunur. Bu qədər vəsatin sirrini əldə etmək üçün apardığımız araşdırmalarımıza görə, həmin pullar sadə və inanclı dindarlarımızın vasitəsilə əldə olunur. Daha sonra isə həmin vəsaitlə "Meydan Tv" kanalına yardımlar edilir.
1991-2001-ci illərdə İrana dini təhsil almağa gedən Azərbaycan vətəndaşları sonradan radikal ideologiyanın sosial bazasına çevrildilər. Belə ki, əvvəllər İİR-in humanitar yardım təşkilatları tərəfindən uzaq strateji hədəflərə hesablanmış bir çox layihələr həyata keçirilirdi. Bu gün məscidlərimizdə və digər dini təşkilatlarda "xüms-zəkat" adı altında sadə və inanclı şəxslərdən külli miqdarda vəsait toplanılır. Sonra isə, bu vəsait dolayı yolla "Meydan Tv" və bu kimi digər sosial-media şəbəkələrinə ötürülür. Bu gün Azərbaycan Respublikasında dini-ideoloji müstəvidə fəaliyyət göstərən əksər saytlar, dərgilər, kitablar, internet tv kanalları məhz həmin mənbələr əsasında maliyyə vəsaiti əldə edirlər. Belə bir bəşəri faciəni xalqımız heç bir zaman yaşamayıb. Bir yandan din pərdəsi altında çeşidli məzhəb və təriqətlərə bağlı xüsusi şəbəkələr xalqımızın beynini yuyur, digər yandan isə inanclı vətəndaşlarımızdan qopardıqları "xüms-zəkat"la aparılan təbliğatlar dövlətçiliyimizə qarşı yönləndirilir. Bunun bariz örnəyi "Meydan Tv" kimi sosial şəbəkələrdir.
Araşdırmalarımız zamanı o da bəlli oldu ki, bu sosial şəbəkənin əksər müəllifləri "Azadlıq" qəzetinin keçmiş müxbirləridir. Həmin şəxslər həm də uzun illərdir AXCP sədri Əli Kərimlinin ən yaxın silahdaşları hesab olunurlar. Nazlı Ağayeva, Rövşən Hacıbəyli, Yadigar Sadıqlı, Zaur Qurbanlı, Elnur Aslanbəyli, Seymur Həzi, Alya Yaqublu, Alov İnanna, Orxan Adıgözəl, Ramil Süleymanov, İlkin Rüstəmzadə, Yalçın İmanov, Fəxrəddin Mehdiyev, Yunis Dürüst, Cəmil Həsənli, Oqtay Gülalıyev, Ramin Cabbarlı,
Günel Mövlud, Xalid Ağəliyev, Rahim Şalıyev, Emin Məmmədli, Ramis Yunus, Ağalar Məmmədov, Hafiz Babalı, Leyla Mustafayeva və digər müəlliflərin "Meydan Tv" kanalının saytında yazılarının dərc edilməsinə təsadüfi hal kimi baxmaq olmaz (mənbə: https://d9mc3ts4czbpr.cloudfront.net/az/section/arashdirmalar/?page=10,
https://d9mc3ts4czbpr.cloudfront.net/az/section/koseler/?page=18). Bir yandan bu tv kanal Azərbaycan dövlətçiliyinə qarşı xarici ölkə üzərindən ideoloji virus yayır, digər yandan isə, mömin dindarlar sayəsində əldə olunan gəlirlərin bir qismini AXCP sədri Əli Kərimlinin komandasına verir. Belə bir rəzalətə dünyanın heç bir ölkəsində hələ ki, rast gəlinməyib. Bu tv kanalın adı altında ölkəmizin əksər bölgələrində AXCP funksionerləri və dini zəmində fəaliyyət göstərən KİV-lərin iş ortaqlığı da beləcə üzə çıxır. Hətta bu dini qruplaşmalar Azərbaycan dövlətçiliyinə qarşıdırlar. Konstitusiyanın dəyişdirilərək ölkəmizdə "şəriət dövləti"nin yaradılması ideyasının əksər tərəfdarları məhz buna görə "Milli Şura"nı müdafiə edirlər.

Rəqabət aparan müxalifətin xaricdəki mənbələri
AXCP-nin patronajlığı altında yaradılan "Milli Şura"nın mitinqlərində iştirak edənlərin əksəriyyəti dindarlardan ibarətdir. Çünki onları aldadaraq siyasi müstəviyə çəkən şəbəkələr mövcuddur. Bunun digər səbəbi isə, dinə düzgün olmayan baxışlardır. Belə ki, vaxtilə İran, İraq, Suriya, Yəmən, Misir, Türkiyə, Livan və digər müsəlman ölkələrində dini təhsil alaraq geri dönən bəzi vətəndaşlarımız fərqli dini baxışları sərgiləməyə başladılar. Onlar sivil dünyanın da qəbul etdiyi və ölkəmizin ana qanunu sayılan Konsitutiyamızın dəyişdirilərək "şəriət dövləti" yaradılması ideyalarını radikal şəkildə gündəmə gətirmək üçün "mübarizə" aparmağa cəhd edirdilər. Həmin şəxslərlə dəfələrlə dövlətimizin müvafiq orqanları proflaktik tədbirlər keçirərək bu addımları atmamağı tövsiyə etsələr də, "radikallar" öz hədəflərindən geri çəkilmədilər. Hətta uzağa gedərək "silahlı qiyam"lar üçün hazırlıqlar da gördülər. Təbii ki, bu yol din pərdəsi altında "terrorizm"ə aparırdı onları. "Meşə qardaşları" və "Hüseyniyyun" kimi təşkilatlar məhz bu yolu tutmuşdular. İndi həmin ideyaların tərəfdarlarının məhkəmədə sübut olunan günahlarına görə həbsdə olmaları normal qarşılansa da, özünü ölkənin "Ana Müxalifəti" adlandıran "Milli Şura" artıq "Molla Şurası" funksiyasını daşıyır. "Milli Şura"nın əksər mitinqlərində dindarların bu qədər fəallıq göstərməsinin əsil səbəbi də budur. Araşdırmalarımız zamanı o da bəlli oldu ki, "Milli Şura"nın sosial bazasını təşkil edən dindarların arxasında duran xarici dövlətlər vardır. Belə ki, AXCP və Milli Şuranın hazırladığı informasiyalar dərhal "Meydan Tv"-yə ötürülür və bunun ardınca isə həmin materiallar Azərbaycan dövlətinə qarşı çoxpilləli separatizm siyasətini yürüdən
və Tehran molla rejimi tərəfindən maliyyələşdirilən "parstoday.com" saytında bir neçə dildə yayınlanır (mənbə: https://parstoday.com/tly/news/azerbaijan). AXCP və Milli Şura tərəfindən hazırlanmış siyasi məhbuslar sisyahısı "parstoday.com" vasitəsilə dərhal dünyanın bütün işlək dillərində təbliğ olunur. Buna "Gəncə işi" kimi bilinən məhkəmə prosesi ilə bağlı informasiyaları örnək göstərmək olar (mənbə: https://parstoday.com/tly/news/azerbaijan-i19116). Bu sayt daha da uzağa gedərək həbsdə olan 63 nəfərin dini əqidəsinə görə siyasi məhbus hesab edilməsi təbliğatını da gücləndirib. Bu siyahını hazırlayan isə, AXCP sədri Əli Kərimlinin sağ əli, "Məhbus dindarların hüquqlarının müdafiəsi komitəsi"nin sədri Eldəniz Quliyevdir. Dini radikallara dəstək beləcə verilir və onların adları "siyahi məhbus" siyahısına salınır. E. Quliyevin hazırladığı informasiyalar əsasında ölkəmizə qarşı ideoloji təxribatlar aparan və bu yöndə radikal mövqe tutan "qafqaz.ir" saytını nümunə göstərmək olar. Xüsusilə radikal dini fanatizm ideyalarını daşıyan və hətta ölkəmizdə "şəriət dövləti"nin qurulmasını müdafiə edən hər bir şəxs bu saytın vasitəsilə fəal şəkildə müdafiə olunurlar (mənbə:
http://qafqaz.ir/az/azərbaycanda-ən-cox-siyasi-məhbus-dindarlar-arasindadir-ən-son-siyahi/).
Ə. Yusifoğlu