Rüfət Quliyev MDB PA-nın tədbirinə qatılacaq

Rüfət Quliyev MDB PA-nın tədbirinə qatılacaq

Milli Məclisin deputatı Rüfət Quliyev MDB Parlament  Assambleyasının Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq  məsələləri üzrə daimi komissiyasının  iclasında  iştirak  etmək üçün oktyabrın 9-dan  13-dək  Rusiya  Federasiyasında  səfərdə olacaq. MM-dən "Olaylar"a bildirilib ki, Sankt-Peterburq şəhərində keçiriləcək toplantıda daimi komissiyaya  sədr müavini  seçilməsi məsələsinə baxılacaq, Avropa Şurası,  ATƏT  və Qara dəniz İqtisadi Əməkdaşlıq Məclisi parlament  assambleyalarının  son sessiyasında  müzakirə  edilən  məsələlərlə bağlı məlumat  və  Qazaxıstanda  keçirilən prezident  seçkilərində qurumun müşahidəçilərinin hesabatı  dinləniləcək. Deputatımız  müzakirə  edilən məsələlərə öz  münasibətini bildirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31