Əli Əsədov: “Prezidentin mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam”

Əli Əsədov: “Prezidentin mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam”

Baş nazir Əli Əsədov Milli Məclisinin tribunasında ilk çıxışını edib. "Olaylar" xəbər verir ki, Ə.Əsədov ölkə başçısının göstərdiyi etimada görə təşəkkürünü bildirib: "Bu gün sizin qarşısında çıxış edərək ilk növbədə Prezident İlham Əliyevin mənə böyük etimad göstərək Baş nazir vəzifəsinə təyin etdiyi üçün təşəkkürümü bildirirəm. Bu gün cənab Prezidentin səyi nəticəsində ölkəmiz böyük inkişaf yolunu keçməkdədir. Ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 46 milyard dollar çatıb. Bununla yanaşı neft gəlirlərinin qeyri-neft sahəsinə yatırılması da böyük imkanlar yaradıb. Ümumdaxili məhsulun həcmi artır, sosial istiqamətlərdə ciddi addımlar atılır".

Baş nazir Qarabağ məsələsinə də toxunaraq Ermnənistan rəhbərliyinin populist çıxışlarına prezident İlham Əliyevin "Qarabağ Azərbaycanındır və nida işarəsi" ilə cavab verdiyini bildirib.

Əli Əsədov sonda Baş nazir vəzifəsinə namizədliyini təsdiq etdiyi üçün Milli Məclis üzvlərinə təşəkkür edib və ona göstərilən etimadı doğruldacağını bildirib. Qeyd edək ki, Əli Əsədovun leyhinə 105 səs verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31