Erməniləri və Milli Şuranı birləşdirən dəyər- Fəxrəddin Abbasov

Erməniləri və Milli Şuranı birləşdirən dəyər- Fəxrəddin Abbasov

1 oktyabr 2019-cu il tarixdə Avropa Şurası Parlament Assambleyasında Ermənistan parlamentinin deputatı Tatevik Ayrapetyan vətənə xəyanətə  görə həbs olunan Fəxrəddin Abbasovun hüquqlarının müdafiəsindən danışıb. O iddia edib ki, bu vətən xaini  Azərbaycan Respublikasında etnik və linqvistik azlıqların müdafiəçisi imiş. İndi də  həbsxana şəraitində müddətsiz aclıq elan edib. Tatevik Ayrapetyan Ermənistan xüsusi xidmət orqanlarının sosial şəbəkələrdə Azərbaycanın etnik azlıqdan olan icmaları adında  qurduqları saxta  qrupların "Human Rights Watch", "BMT, Qırmızı Xaç,  "Freedom House", Avropa İttifaqı, ATƏT, Avropa  Komissiyası və digər beynəlxalq təşkilatlara göndərilən  müraciətlərini AŞPA rəhbərliyinə təqdim edib.  

Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra, ötən 30 il ərzində dəfələrlə dövlət çevrilişi planları gündəmə gəlib. Hər dəfə bu çevriliş cəhdlərinin nəticəsində ölkəmizdə çoxsaylı itkilər baş verib. Tarixi işğal edilməsi, dövlətimizin sosial-iqtisadi və digər sahələrdə üzləşdiyi çətinliklər buna örnəkdir. 1992-ci il 15 may, 1993-cü il 4 iyun, 1994-cü 4 il oktyabr, 1995-ci il 17 mart dövlət çevrilişi və ya çevrilişlərə cəhdlər uzaq olmayan acı tarixi salnaməmizdir. Bu dəhşətsaçan vaxtlar ən acınacaqlı olan tarixi ərazilərimizin işğalıdır. Ermənistan öz ekspansionist və işğalçılıq siyasətinə beynəlxalq səviyyədə hüquqi don geyindirmək üçün, digər faktorları süni şəkildə qabartmaq taktikası ilə hərəkət edib. Ermənilərə məxsus "Kaskad Bank", "Anelik Bank" və digər maliyyə şəbəkələri də cəlb olunmuşdular. Müxtəlif şəbəkələr yaratmaqla ermənilər öz işğalçılıq siyasətlərini pərdələməyə çox çox cəhdlər etdilər.

1993-cü ilin avqustunda qondarma "TMR" (Talış-Muğan Respublikası) təsisçilərinin siyahısında Fəxrəddin Abbasov (sonradan soyadını Əboszadə adlandırdı) ilk sıralarda yer alırdı. Bu elə bir zaman idi ki, Qarabağ boyunca Azərbaycanın Şuşa, Xankəndi, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonları Ermənistan və ona dəstək verən xarici dövlətlər tərəfindən işğal edilmişdi. Bir milyondan çox ölkə əhali məcburi qaçqın-köçkün durumuna düşmüşdü. Qondarma "TMR"-i elan etməklə Azərbaycanın Salyan, Cəlilabad, Biləsuvar, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarının da Azərbaycandan ayrılmasının paralel şəkildə gündəmə gətirilməsi böyük bir fəlakət demək idi. Sonradan bəlli oldu ki, Fəxrəddin Abbasov Ermənistan xüsusi xidmət orqanları ilə birgə çalışır. Bu faktı onun Moskva-İrəvan, İrəvan-Moskva təyyarələrində tez-tez görünməsi də sübut edir.

Aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu AR Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə və bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib. Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs qətimkan tədbiri seçilib. Məhz bundan sonra, onun ekstradisiyası baş tutub. Fəxrəddin Abbasovun Ermənistana səfərləri, özünün də bildirməsinə görə Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, İrəvanda keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları aparılır.

Bu gün slavyan mənşəli rus, ukrain, polyak, serb, çex, belarus, bolqar, xorvat, slovak, makedon, boşnak, slovan, silez, çernoqor, kaşub və lujilər heç bir zaman yaşadıqları ölkələrdə separatizm tipli meyilləri gündəmə gətirmirlər. Roman mənşəli arum, vallon, ispan, istrorum, italyan, katalan, korsikan, ladin, moldovan, portuqal, romanşi, rumın, sanmari, sardin, fransız və friullar fərqli dövlətlərdə yaşasalar da, heç bir zaman onlar etnik bölücülük müstəvisində addım atmayıblar. Avropanın ən iri etnik tablosuna malik olan german mənşəli alman, avstriyalı, elzas, tirol, flamand, ingilis, holland,  danimark, farer, island, friz,  separatizm meyillərindən hər zaman uzaq olublar. Avropanın bu üç superetnosa bağlı azsaylı xalqlar yaşadıqları dövlətə qarşı çıxmayıblar. Avropanın bir parçası olan Qafqazda tarix boyu etnik separatism siyasətini körükləyən təkcə ermənilər olublar. Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət qurmaqla yanaşı, yeni ərazilər əldə etmək üçün etnik separatizm düsturundan faydalanmağa çalışırlar.

Fəxrəddin Abbasovun həbsinə etiraz olaraq, Hollandiyada fəaliyyət göstərən Əlikram Hümbətov Avropa Birliyi, Avropa Şurası, BMT-nin İnsan Haqlarının Müdafiəsi və digər beynəlxalq təşkilatlara müraciət göndərib. Bundan əlavə, Mili Şura üzvü  Ataxan Əbilov, "Sülh və Demokratiya İnstititu"nun adından Leyla Yunus və digərləri də beynəlxalq təşkilatlara Fəxrəddin Abbasovu müdafiə edən müraciətlər göndəriblər. Onların belə bir addım atması mənsub olduqları dövlətə və tarixi torpaqlara qarşı hansı təfəkkürün daşıyıcıları olduqlarını isbat edir. Ömrü boyu düşmən güclərin "qrant" layihələri əsasında özlərinə "komfort" həyat tərzi qurmaqla yaşamaq siyasətini aparan bu şəxslər üçün VƏTƏN anlayışı yox kimidir. 

Ə. Yusifoğlu   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31