Deputatımız Ümumdünya Ticarət Təşkilatının konfransaına qatılıb
Deputatımız Ümumdünya Ticarət Təşkilatının konfransına qatılıb
7 Oktyabr 2019 13:34 SiyasətMilli Məclisin deputatı Şahin İsmayılov Parlamentlərarası İttifaqın və Ümumdünya Ticarət Təşkilatı üzrə Parlament Konfransının 44-cü iclasında iştirak etmək üçün oktyabrın İsveçrəyə səfər edib. MM-dən "Olaylar"a bildirilib ki, Cenevrə şəhərində keçiriləcək toplantıda Ümumdünya Ticarət Təşkilatı çərçivəsində əldə olunmuş nailiyyətlər və qurum qarşısında duran əsas problemlərdən danışılacaq. Gələn il Qazaxıstanda keçiriləcək ÜTT Parlament Konfransına hazırlıq işlərinin gedişatı, rəqəmsal ticarət və parlamentlərin yeni nəsil ticarət sazişləri sahəsində rolu mövzusunda müzakirələr aparılacaq. Deputatımız müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək. Səfər oktyabrın 9-da başa çatacaq.