Ermənistan günü-gündən nüfuzunu itirir- MÜNASİBƏT
Ermənistan günü-gündən nüfuzunu itirir-MÜNASİBƏT
7 Oktyabr 2019 13:08 SiyasətPaşinyan bu prosesdə katalizator rolunu oynayır
İşğalçı dövlət olan Ermənistan bütün sahələrdə tənəzzülə uğrmaqla paralel beynəlxalq aləmdə nüfuzunu itirməkdədir. Xüsusən, Nikol Paşinşan hakimiyyətə gəldikdən sonra bu proses daha da sürətlənib. "Göz düzəldən yerdı qaşı vurub çıxaran" Paşinyan dünyanın nüfuzli şəxslərini ölkəsinə dəvət etməklə nəyə qadir olduğunu göstərməyə çalışsa da əslində bu kimi addımları ilə özünü və Ermənistanı daha da nüfuzdan salmış olur. Ermənistanda keçirilmiş Avrasiya İqtisadi İttifaqı sammiti dedikləırimizə daha bir sübut kimi qəbul edilə bilər. Baş nazir Nikol Paşinyanın nüfuzu o dərəcədə aşağı düşüb ki, hətta Yerevanda keçirilən görüşə təşrif buyurmuş siyasi liderlər onunla görüşməkdə belə maraqlı görünmürlər. Halbuki belə görüşlər ən azından protokol qaydaları hesab olunur, üstəlik etika xatirinə təşkil olunur. Əslində, protokol qaydalarına görə, zirvə görüşünü təşkil edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür, bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. Dəfələrlə bu kimi tədbirlərə ev sahibliyi edən Azərbaycanın nümunəsi, Azərbaycan Prezidentinin dövlət bə hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə görüşləri bunu əyani şəkildə təsdiqləyir. Nikol Paşinyanın isə bütün cəhdlərinə baxmayaraq siyasi liderlərin ona arxa çevirməsi heç bir dövlət başçısının rastlaşmadığı bir haldır. Bütün bunların, xüsusən, Paşinyanın dünyada qəbul olunmamasının səbəbi birmənalı olaraq onun yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan reallıqları bilməməsi və ya nəzərə almamasıdır.
Bununla müqayisədə Prezident İlham Əliyevin və Azərbaycanın dünyada nüfuzu günü-gündən artmaqdadır. Təkcə prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında iştiraka dəvət olunması və çoxsaylı yüksək səviyyəli görüşlər keçirməsini göstərmək fikrimizi bir daha təsdiq etmiş olur. Millət vəkili Məlahət İbrahimqızı deyib ki, Ermənistan hakimiyyəti İrəvanda Avrasiya İqtisadi İttifaqının dövlət başçılarının Zirvə toplantısına ciddi hazırlaşsa da, toplantı Paşinyan hakimiyyətinin gözlədiyi kimi istənilən nəticəni vermədi. Hətta Avrasiya İqtisadi İttifaqının əsas aparıcı ölkəsi olan Rusiya və onun dövlət başçısı Vladimir Putin sammitdə elə də ciddi fəallıq nümayiş etdirmədi. Ermənistan rəhbərliyi ilə çox soyuq görüşdü. M.İbrahimqızı bildirib ki, V.Putin Paşinyanla ancaq sammit bitəndən sonra qısa bir görüş keçirdi və bu görüşdə də hər hansı ciddi məsələ müzakirə edilmədi: "Bunu Rusiyanın Ermənistanın mövcud hakimiyyətinə olan münasibətinin göstəricisi hesab etmək olar. Burada bir məsələyə də diqqət yetirmək lazımdır. Putin İrəvanda sabiq prezident Robert Köçəryanın xanımı ilə görüşməklə, əslində, Paşinyana açıq mesajını vermiş oldu". Millət vəkili qeyd edib ki, İrəvandakı keçirilən sammit hətta Ermənistanın strateji tərəfdaş, müttəfiq hesab etdiyi ölkələr tərəfindən ciddi qəbul edilmədiyini ortaya qoydu. Onun fikrincə, İrəvandakı sammitdən bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə işgüzar səfəri, orada Rusiya prezidenti Vladimir Putinlə görüşməsi, bu görüşdə müzakirə edilən məsələlərin ciddiliyi, "Valday" Beynəlxalq Disskusiya Forumunda iştirakı Azərbaycan olan münasibətin təzahürüdür: "Azərbaycan Prezidenti İlham Əliyevin Putinlə keçirdiyi görüşdə müzakirə olunan məsələlərə nəzər yetirməklə biz Azərbaycana və onun dövlət başçısına olan münasibəti açıq-aydın görə bilərik. Görüşdə ticari-iqtisadi, kənd təsərrüfatı, humanitar sahə ilə yanaşı, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq kimi məsələlərin ciddi müzakirə edilərək, razılığa gəlinməsi münasibətlərin hansı səviyyədə olmasının bariz göstəricisi hesab etmək olar". Deputat Aydın Mirzəzadə qeyd edib ki, Ermənilərin işğal etdiyi Dağlıq Qarabağın Azərbaycana məxsus olduğuna dünyanın heç bir yerində şübhə etmirlər. Bu məsələ BMT Təhlükəsizlik Şurasının, ayrı-ayrı beynəlxalq təşkilatların qərarlarında əksini tapıb. Ermənistanın indiki rəhbəri Nikol Paşinyan da təxribatçı çıxışlar etməkdə davam edir. Bir neçə gün öncə, Paşinyan "Qarabağ Ermənistanındır. Nöqtə" ifadəsi işlətmişdi. Bunun cavabını Prezident İlham Əliyev beynəlxalq tədbirdə "Qarabağ Azərbaycandır və nida işarəsi" deməklə ən yüksək səviyyədə verdi". Deputatın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan yalan bəyanatını bir qrup tərəfdarı qarşısında səsləndirmişdisə, Azərbaycan Prezidenti İlham Əliyev bu həqiqəti beynəlxalq tədbirdə - "Valday" Belynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdi: "Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Prezident İlham Əliyev xalqın mövqeyini yüksək tribunadan bəyan etdi. Ermənistan üçün bir daha aydın olmalıdır ki, Azərbaycan işğal edilən torpaqlarını azad etmək əzmindədir, bunun üçün bütün imkanlardan istifadə edir. Ermənistanın baş naziri cavabını alıb. Ümumiyyətlə, Ermənistan vaxtaşırı Azərbaycandan cavabını alır. Azərbaycanın dövlət kimi möhkəmlənir, iqtisadiyyatı inkişaf edir, beynəlxalq aləmdə siyasi nüfuzu artır, regional iqtisadi layihələrin təşəbbüskarı kimi çıxış edir. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Bunun əvəzində Ermənistan ortaya nə qoya bilir? Ermənistan zəifləyib, sosial vəziyyət ağırlaşıb, əhali ölkəni tərk edir. Bundan başqa, Ermənistan regional layihələrdən də kənarda qalıb. Həqiqət Azərbaycanın tərəfindədir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gücünü və əzmini ortaya qoyur". Birmənalı şəkildə qeyd etmək olar ki, prezident İlham Əliyevin dünyanın məşhur "beyin mərkəzləri"ndən biri olan "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında dəvət olunması, habelə səfər çərçivəsində yüksək səviyyəli çoxsaylı görüşlərin keçirilməsi dövlət başçımıza dünyada olan böyük hörmətin göstəricisidir.
Zəka
Olaylar.az