Yaxın Şərqdə yeni müharibə anonsu- ŞƏRH

Yaxın Şərqdə yeni müharibə anonsu-ŞƏRH

İraqda baş verən son proseslər belə deməyə əsas verir

Yaxın Şərqdə vəziyyət yenidən kritik həddə qədəm qoyub. Bu dəfə proseslər Səddamın devrilməsindən sonra qan gölünə çevrilən İraqda cərəyan edir. Ötən həftənin sonlarından bu ölkədə baş verən kütləvi etirazlar və qarşıdurma nəticəsində 100-dən çox insan tələf olub, bir o qədər də müxtəlif dərəcəli xəsarət alıb. İraqda cərəyan edən prosesləri, daxili qarşıdurmanı şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin üzvü, politoloq Turan Rzayev deyib ki, İraqda oktyabrın birindən işsizlik, rüşvətxorluq, artan kasıblıq səbəbiylə paytaxt Bağdadda başlanan etirazlar nəzarətdən çıxaraq digər bölgələrə də yayılıb. Onun sözlərinə görə, Bağdadda başlanan hakimiyətə qarşı etirazlar tez bir zamanda Nasıriyyə, Amara, Hilə, Bəsrə, Divaniyə, Kərbəla Vasit və Kərkük vilayətlərinə də keçib: "İraqın Baş Naziri Adil Əbdülmehti etirazların qarşısını almağa çalışsada etirazlar daha da genişlənərək Sünni Şiə qarşı durmasına çevrilməkdədir. Əslində çoxları İraqdakı etirazların sadə bir etiraz dalğasından başqa bir şey olmadığını düşünə bilər. Həqiqətəndə axı biz öyrəşmişik hər gün İraq, Suriya, Liviya və s ölkələrdə partlayışlar etirazlar qarşıdurmaların olmasına. Elə götürək Misirdə uzun zamandır davam edən Prezident əl-Sisiyə yönəlik etirazları. İraqdakı etirazlar da belə ola bilməzmi?

Əslində hadisələr ilk başda sadə etiraz dalğası kimi görünsə də, artıq fərqli məcralara keçməkdədir". Ekspert hesab edir ki, İraqda baş verənlər Birləşmiş Ştatların planı da ola bilər: "Düşünürəm ki, İraqda baş verən etirazlar və bu etirazların sünni-şiə qarşıdurmasına çevrilməsinin ardında Birləşmiş Ştatlar amili durmaqdadır. Heç kəsə sirr deyil ki, Yaxın Şərqdə baş verən hadisələrin ardında Birləşmiş Ştatlar dayanır. Lakin İraqdakı etirazlar pərdəarxası bir çox məqamları gizlədir. Bir neçə müddətdir davam edən Səudiyyə Ərəbistanı və İran arası siyasi qarşıdurma bəlkə də Yaxın Şərqin ən real yeni muharibəsi ola bilər. İranın dəstəklədiyi Husilərin Səudiyyə Ərəbistanının cənubundakı neft yataqlarına endirdiyi zərbələr rəsmən regionda yeni muharibədən xəbər verir. Əslində bu gün müharibə həddinə gələn Səudiyyə Ərəbistanı və İran münasibətləri çox gözləntiləri alt-üst etdi.Yəni regionda bir müharibə olsa bu müharibənin ABŞ-İran arasında olacağını güman etmək olardı. Lakin ABŞ regionda İraq və Əfqanıstana etdiyi müdaxilələrin ağır nəticələrini unutmadığını bariz şəkildə görünür. Məhz bu səbəbdəndir ki ABŞ İranla birbaşa deyildə,  Yaxın Şərqdə müttəfiqi olan Səudiyə Ərəbistanı üzərindən təzyiq etmək niyyətindədir".

Turan Rzayevin sözlərinə görə, Birləşmiş Ştatlar yaxşı anlayır ki, İranla regionda müharibə etmək heç də asan deyil: "Məsələ ondadır ki ABŞ İranın potenisalını bilir və İranla birbaşa mübarizədən ehtiyat edir. Lakin ən yaxın müttəfiqi Səudiyyə Ərəbistanınıda təhlükəyə atmaq niətində deil. Birincisi-ABŞ hər nə qədər neft ölkəsi olsa da, neftə olan təlabatın böyük bir qismini məhz Səudiyyə Ərəbistanından təmin edir. Bu səbəbdən Husilərin Səudiyyə neft yataqlarına edilən hücum sonrası sərt bəyanatlarla qarşılıq verdi. İkincisi-Səudiyyə Ərəbistanı İran qarşısında çox da mübarizə apara biləcəyini düşünmürəm. Çünki İran regionda Səudiyyə Ərəbistanını blokadaya alıb. Məsələyə aydınlıq gətirməli olsam deyə bilərəm ki, İran Səudiyyə Ərəbistanına qarşı İraqda Həşdi Şhabi Yəməndə Husi Fələsdində isə Hizbullahı dəstəkləyir. Göründüyü kimi gələcəkdə ola biləcək Səudiyyə Ərəbistanı İran müharibəsində Səudiyyə dezavantaj mövqeyindədir.

Yuxarıda qeyd etdiyim səbəblər bir daha onu göstərir ki, İraqda baş verən etirazların sünni-şiə müstəvisinə keçməsi ABŞ- ın planları əsasında baş verir. Məqsəd isə regionda baş verəbiləcək Səudiyyə Ərəbistanı ilə İran müharibəsini İranı mümkün dərəcədə zəiflədərək başlatmaqdır". Ekspertin sözlərinə görə, Birləşmiş Ştatlar İranı İraqdakı etirazlara yönəldərək zəiflətmək istəyir: "Bunun üçün isə ilk növbədə Səudiyyə Ərəbistanı İraqda sunnilərə dəstək verərək İranın şiələrə dəstək verdirməyə çalışmalıdır. Düşünürəm Birləşmiş Ştatlar bu istəyinə artıq nail olub ki, İraqdakı etirazlar sünni-şiə qarşı durmasına çevrilib. Onu deyim ki, İran İraqda şiə etirazçılara dəstək verərək husilərə olan dəstəyini müəyyən mənada kəsəcək. Bu isə öz növbəsində Səudiyyə Ərəbistanına husilərlə mübarizədə uğur əldə etməyinə gətirib çıxaracaq. İraqdakı etirazlar düşünürəm Yaxın Şərqdə başlaya biləcək yeni bir müharibənin xəbərçisi olacaq. Hər halda İraqda cərəyan edən proseslər ona doğru gedir".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31