Qrossmeyster Teymur Rəcəbova
Qrossmeyster Teymur Rəcəbova Əziz Teymur,
5 Oktyabr 2019 08:50 SiyasətQrossmeyster Teymur Rəcəbova
Əziz Teymur,
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.
Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.
Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2019-cu il.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31