Moskva-Bakı münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulan əlaqələr- Şərh
Moskva-Bakı münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulan əlaqələr-Şərh
4 Oktyabr 2019 15:52 Siyasətİlham Əliyev: "Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur"
Azərbaycan özünün inkişaf tempi, iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, ən əsası bütün bu uğurlara uzunmüddətli sabitlik şəraitində nail olduğundan ona olan maraq, rəsmi Bakı ilə ikitərəfli və çoxtərəfli formada əməkdaşlıq etmək istəyi gün-gündən artır. İndi təkcə yerləşdiyimiz coğrafiyada bizə yaxın və uzaq olan ölkələr deyil (Ermənistanı çıxmaq şərti ilə) eyni zamanda dünyanın aparıcı dövlətləri də Cənubi Qafqazda Azərbaycanala əməkdaşlığa, onunla müxtəlif sahələrdə əlaqələr qurmağa üstünlük verir, rəsmi Bakı ilə təmaslarını daha da artırır.
Azərbaycanın normal şəkildə əməkdaşlıq etdiyi, qarşılıqlı əlaqaləri gücləndirdidyi ölkələrdən biri də şimal qonşumuz olan Rusiya Federasiyasıdır. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan şimal qonşusu ilə münasibətləri daha da inkişaf etdirməyə, müxtəlif sahələdə əməkdaşlıq qurmağa nə qədər meyillidirsə, eyni zamanda rəsmi Moskva da Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. Hətta deyərdim ki, Rusiya Azərbaycanı Cənubi Qafqaz regionunda əsas strateji müttəfiqi hesab edir. Bunun isə həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar aspektləri var.
Hər ötən gün özünün inkişaf mərhələsinə qədəm qoyan Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq bu günlərdə bir daha özünü təsdiq etdi. Təbii ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu ölkəyə səfəri ilə. Rusiya Federasiyasının rəhbərliyi əsasında reallaşan bu səfərin əsas məqsədi "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirak etmək olsa da, ancaq bu səfər eyni zamanda yüksək səviyyəli Rusiya-Azərbaycan əlaqələrinin bir daha həm region, həm də dünya ölkələrinə nümayişi idi. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Rusiya Federtasiyasına səfəri Kremı rəhbəri Vladimir Putinin İrəvanda olduğu bir neçə saatlıq səfər və Rusiya ilə Ermənistan arasında sərinliyin daha aydın şəkildə sezildiyi bir vaxta təsadüf edir, o zaman Azərbaycan dövlət başçısının səfərinin rəsmi Bakı üçün nə qədər önəmli olduğunu söyləyə bilərik. İstər dövlət başçısının "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakı, istər Cənab İlham Əliyevin həmin iclasda çıxışı zamanı geniş və əhatəli nitqi, bu nitqin böyük diqqət və maraqla izlənilməsi, istərsə də sözügedən toplantıdan dərhal sonra Azərbaycan və Rusiya prezidentlərinin Soçidə bir araya gəlməsi, ölkələr arasındakı müxtəlif sahələrdəki əlaqələri müzakirə etməsi yuxarlda qeyd etdiklərimizin sübutudur. Burada haşiyədən kənara çıxaraq qeyd etmək yerinə düşər ki, iki ölkə rəhbərinin təkbətək görüşünün uzun müddət davam etməsinə də diqqət çəkməmək mümkün deyil. Belə ki, Azərbaycan prezidentini Soçiyə dəvət etmədən qısa müddət əvvəl İrəvanda olan Rusiya Federasiyasının prezidenti Vladimir Putin bir neçə dəfə müraciət və xahişdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə razılıq verib. Həmin görüş isə cəmi bir neçə dəqiqəlik olub və görüş boyunca Paşinyan Vladimir Putinə Ermənistana səfər etdiyindən dolayı minnətdarlığını ifadə edib. Çünki tam 3 il idi ki, Rusiya Federasiyasının prezidenti Ermənistana səfər etmirdi ki, bu da rəsmi İrəvanın xarici siyasətdə, xüsusilə də rəsmi Moskva ilə münasibətlərədə ciddi xətalara yol verməsi ilə əlaqədardır.
Ancaq Kremlin Azərbaycanla olan münasibətləri fərqli və eyni zamanda yüksək səviyyədədir. Bunu Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşündə da aydın şəkildə gördük. Nəzər alsaq ki, bir qayda olaraq mühüm görüşlər və dəvətləri Putin Soçidə keçirir və Azərbaycan Prezidenti də məhz bu məkanda qəbul edildi, o zaman iki ölkə rəhbərinin mühüm məsələlər ətrafında fikir mübadiləsi apardığını söyləyə bilərik.
Ümumiyyətlə, iki ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və tərəflər arasında həll edilməsi mümkün olmayan heç bir məsələ yoxdur. Bu da həm ikitərəfli əlaqələrin inkişaf etməsi, həm də dövlət başçıları arasında mövcud olan dostluq əlaqələrindən irəli gəlir. Ona görə də Moskva ilə Bakı arasında təmasların artması təqdir edilir. Təsadüfi deyil ki, elə prezident İlham Əliyev də Soçidə keçirdiyi görüşlərdə bunu qeyd edib: "Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Tərəflər arasında təsdiq olunmuş "Yol xəritələri"nin reallaşdırılması daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq". İlham Əliyev onu da qeyd edib ki, Rusiya və Azərbaycan prezidentləri arasında görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yaxşı təkan verir.
Ekspertlər də hesab edirlər ki, bu mənada Vladimir Putinlə İlham Əliyev arasında baş tutan Soçi görüşü Azərbaycan və Rusiya arasında əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verəcək. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Soçi görüşü Rusiya-Azərbaycan əlaqələrinə dinamika verə, Qarabağ məsələsinin həllində Kreml hərəkətə gələ bilər. Onun sözlərinə görə, Xəzər dənizinin hüquqi statusu barədə yekun Konvensiyanı Rusiya prezidenti V.Putin bu ərəfədə imzalayaraq təsdiq etdi: "Prezidentlərin Soçi görüşü qabağı Putinin bu konvensiyanı təsdiq etməsi, ölkəmizlə yeni siyasi danışıqlar aparıb, müəyyən strateji məsələlərdə razılaşmağı planlayır. İlk öncə, danışıqlarda Azərbaycan baxımından dalana dirənən Qarabağ münaqişəsinin həlli əsas pioritetdir. Hazırda isə, Ermənistanda və regionda baş verənlər Moskvanın əleyhinədir. Ona görə də Putin regionda öz mövqeyini gücləndirmək istiqamətində fəal siyasətə başlayıb. Moskvanın indiyə qədər regionda təsir gücünün saxlanmasında Qarabağ münaqişəsinin həll edilməməsi dururdusa, hazırkı vəziyyətdə status-kvonun saxlanması onun geosiyasi maraqlarını təhdid edir"
Məhəmməd
Olaylar.az