Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir
Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir
4 Oktyabr 2019 14:53 Siyasət"Azərbaycan prezidentinin, Rusiya prezidenti Vladimir Putin tərəfindən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasına dəvət edilməsi Rusiya Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasını sübut edir. "Valday" Diskussiya Klubunu izlərkən iki dövlət başçısı, Putin və İlham Əliyev arasında səmimi münasibətlərin olduğu nəzərə çarpır. Təsadüfü deyil ki, görüşdən əvvəl və sonra prezidentlərin verdiyi bəyanatlarda da bir- birlərinin ünvanına xoş sözlər öz əksini tapmışdır. Bütün bunlar xüsusilə də Rusiya - Azərbaycan münasibətlərinin gərginləşməsini istəyən Rusiyadakı bəzi qruplar və Ermənistanın maraqları ilə üs-üstə düşmür. Xatırlayırıq ki, bu kimi qüvvələr iki dövlət arasında olan münasibətlərə xəlal gətirmək üçün provakasiyalardan istifadə edirdi".
Bu fikirləri Olaylar.az-a politoloq Zaur Məmmədov deyib.
O, dövlət başçısının forumdakı iştirakı və çıxışı ilə bağlı bir neçə məsələni diqqətə çatdırıb:
Azərbaycan Prezidentinin Paşinyana cavabı
Cənab İlham Əliyevin Valday klubunda özünə əmin şəkildə "Qarabağ Azərbaycandır və nida" deməsi həm Paşinyan və erməni xalqına, həm də Kremldəki bəzi ermənipərəst qüvvələrə yetərli xəbərdarlıq oldu.
Azərbaycan və Rusiyanı birləşdirəcək meqoproyektlər
Dövlət başçımız öz çıxışında bildirmişdi ki, Azərbaycan və Rusiya arasında yol xəritələri məsələsinə korrektələr edilir. Bu Putinin çıxışında da öz təstiqini tapdı. Aydın olur ki, Azərbaycan və Rusiyanı birləşdirəcək meqaproyektlər, layihələr var ki, onlar gələcəkdə hər iki tərəfə yüksək dividentlər verə bilər. Bu həm Azərbaycan prezidentinin instasiyası ilə reallaşan Şimal - Cənub Nəqliyyat Dəhlizi eyni zamanda Bakı -Tbilisi - Qars dəmiryolu layihəsidir ki,
Rusiyanın da bu layihəyə qoşulması demək olar ki, öz həllini tapmaqdadır.
Rusiya tərəfi Azərbaycanda Atom Elektrik Stansiyası tikməkdə maraqlıdır
Rusiya dünyanın ayrı - ayrı ölkələrində son zamanlar atom elektirik stansiyası tikib, onların bu təcrübələrindən bəzi ölkələr istifadə edirlər. Lakin Azərbaycan bu barədə tələsmir. Hələlik bu məsələ düşünülmə mərhələsindədir.
Silah alveri
Təsadüfü deyil ki, məhz cənab prezidentin Soçi səfərindən əvvəl S - 400 lərin alınmasının mümkünlüyü ilə bağlı rus mediasında məsələ qaldırılmışdı. Bu gün Azərbaycanın hərbi büdcəsi S - 400 almağa imkan verir. Düşünürəm ki, 2020-ci ilin əvvəllərində Rusiya ilə Azərbaycan arasında növbəti bir neçə milyardlıq yeni silah sazişinin alınmasının şahidi olacağıq.
Politoloq qeyd edib ki, Azərbaycana balanslı siyasət aparmaqda davam etməkdədir: "Biz Amerika, Avropa İttifaqı istərsə də Rusiya ilə münasibətlərə ciddi önəm veiririk. Xüsusilə də Rusiya - Azərbaycan münasibətləri son vaxtlar yüksəliş dövrünü keçirir. Rəsmi Bakının siyasəti adekvatdır. Çünki Gürcüstan və Ukrayna hadisələri, Maldovadakı vəziyyət, Suriya ətrafında baş verənlər onu göstərdi ki, qərb öz maraqlarından istifadə edir. Bu maraqlardan istifadə edərkən kiçik dövlətlər qurban olur. Müasir geosiyası trayektoriyada MDB məkanı Avropa ittifaqı və ABŞ deyil, Rusiya nüfuzuna daha çox yaxındır.
Z. Məmmədov vurğulayıb ki, coğrafi mövqedən asılı olaraq Azərbaycan - Rusiya münasibətlərinin get-getdə daha da yaxşılaşması cənab prezident İlham Əliyevin rosianal siyasəti ilə bağlıdır:
"Düşünürəm ki, yaxın vaxtlarda ətraf rayonlarla bağlı məsələ yenidən aktuallaşacaq. 2016-cı il Aprel döyüşlərindən sonra Azərbaycana bir neçə rayonun qaytarılmsı məsələsi gündəmdə idi. Lakin Ermənistanda baş verənlər və Sarkiyanın manevrləri buna imkan vermədi. İndi yenidən bu məsələlərdə addımlar atıla bilər. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan ordusunun artıq irəli bölgələrdə sərhədlərini qorumasının şahidi ola bilərik".
Nigar Orucova
Olaylar.az