“Ermənistan və Azərbaycan arasında birbaşa danışıqlar...” – Zaxarova
“Ermənistan və Azərbaycan arasında birbaşa danışıqlar...” – Zaxarova
4 Oktyabr 2019 13:32 Siyasət"ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə səfər etməyi planlaşdırır".
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
"Düşünürəm ki, iki dövlət arasında birbaşa danışıqlar bu dövlətlərin nümayəndələri tərəfindən elan ediləcək. Deyə bilərəm ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin razılığı ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar və Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün bölgəyə səfər etməyi planlaşdırırlar. Hələlik son tarixlər dəqiqləşdirilir və bu barədə əlavə məlumat verəcəyik", - Zaxarova bildirib.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31