“Cənab prezident Qarabağın Azərbaycan torpağı olmasını bütün dünyaya çatdırdı”- Şərh
“Cənab prezident Qarabağın Azərbaycan torpağı olmasını bütün dünyaya çatdırdı”- Şərh
4 Oktyabr 2019 13:26 Siyasət"Oktyabr ayının 3-ü Azərbaycanlılar üçün xüsusi önəm kəsb edən gündür. Ulu Öndərimizin rəhbərliyə gələrək, xalqı azadlıqa, müstəqilliyə nail etdiyi gündür. Məhz, bu gündə Cənab Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasına dəvət alması da diqqətəlayiq bir hadisədir. Bir müddət öncə Ermənistanın baş naziri Paşinyanın Azərbaycana vurğuladığı söz öz əksini tapdı. Cənab prezident əsaslı sübutlar ortaya qoyaraq, Qarabağın Azərbaycan torpağı olmasını bütün dünyaya çatdırdı".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Eloğlu Miriyev deyib.
O bildirib ki, cənab Prezidenti ölkədə yürütdüyü siyasətə və münaqişə ilə bağlı sualları əminlik və yüksək inamla cavablandırmışdır: "İlham Əliyev BMT-nin Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı, ermənistanın qəsbkar siyasətinə qarşı qəbul etdiyi 4 qətnamənin(822,853,874,884) 25 ildirki yerinə yetirilmədiyini, qətnamələrin öz əksini tapmadığını qeyd etmişdir. Bununla Cənab Prezident dünyaya Ermənistanın bir növ qəsbkar ölkə olduğunu sətiraltı vurğulamışdır".
"Ölkə Prezidenti sonda "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" söyləməsi sanki tədbirin kuliminasiya nöqtəsi kimi qeyd etmək olar", - deyə ekpert qeyd edib.