Nikol Paşinyan bu dəfə də “ofsaytda” qaldı

Nikol Paşinyan bu dəfə də “ofsaytda” qaldı

"Azərbaycan Prezidentinin Soçi səfəri işğalçı Ermənistanda oktyabrın 1-də keçirilən Avrasiya İttifaqının sammitindən 2 gün sonraya təsadüf etdi və işğalçı ölkənin hay-küylə siyasi şouya şevirməyə çalığdığı həmin tədbiri gündəmdən tamamilə çıxardı. Nikol Paşınyanın günlərlə hazırlaşdığı və özünün hər gün aşağı düşən reytinqini bərpa etmək üçün fürsət gözlədiyi Avrasiya sammiti Ermənistan hökumətinin gözləntilərini alt-üst etdi və Paşınyanın fiaskosuna səbəb oldu". Bunu "Olaylar"a deyən YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayevin sözlərinə görə, Avrasiya İttifaqının sammitini "İrəvan sammiti" kimi təbliğ etməyə çalışan, bu tədbirin işgüzar mühitdə davam edəcəyinə və təşkilatın yaradıcısı olan Rusiya Federasiyasının Prezidenti ilə məzmunlu görüş keçirəcəyinə ümid bəsləyən Paşınyanın bu dəfə də arzuları gözündə qaldı: "Tədbirin sonunda Ermənistanın baş nazirinin yalvarış xarakterli xahişlərindən sonra Paşınyanla bir neçə dəqiqəlik həddindən artıq soyuq və candərdi görüşən Vladimir Putin bu siyasi davranışı ilə onu siyasətçi kimi qəbul etmədiyini, qeyri-ciddi və avantürüst hərəkətlərinin gülünc doğurduğunu biruzə verdi. Rusiya Prezidenti Ermənistan rəhbərliyi ilə siyasi və iqtisadi əhəmiyyət daşıyan hansısa mövzuda danışıq da aparmadı. Ümumiyyətlə, Ermənistan hakimiyyəti ilə əməkdaşlıqa dair heç bir məsələ müzakirə olunmadı və bu münasibət Paşınyanın siyasi etiketdə təhqir olunması kimi qiymətləndirilə bilər. Bu, həm də Paşinyana öldürücü siyasi bir zərbə təsiri idi". Onun sözlərinə görə, Azərbaycan Prezidentinin "Valday" Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən iclasında iştirakı və yüksək vəzifəli dövlət xadimləri ilə görüşləri isə bir daha Onun beynəlxalq səviyyədə qəbul olunan siyasi lider olmasını təsdiqləyir: "Cənab İlham Əliyevin ən mötəbər beynəlxalq tədbirlərə dəvət olunması və müzakirələrdə fəal iştirak etməsi qlobal məsələlərdə, sülh və təhlükəsizliklə bağlı disskusiyalarda Azərbaycanın mövqeyinin, rəyinin nəzərə alındığını göstərir. Siyasi mənzərə belədir, Azərbaycan Prezidenti dünya liderləri ilə açıq siyasi dialoqlarda, səmimi görüşlərdə ilk sıralarda yer alır, Ermənistanın zavallı və küçə təfəkkürlü rəhbərliyi isə hər zaman "ofsaytda" qalır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31