Paşinyan olan-qalan nüfuzunu da itirir -Siyasi analiz

Paşinyan olan-qalan nüfuzunu da itirir

Avrasiya İqtisadi İttifaqı Sammiti baş nazirin "siyasi kapitalının" üzərindən qara xətt çəkdi

Azərbaycanın dünyada artan nüfuzu onun beynəlxalq aləmdə baş verən qlobal proseslərə təsirini zəruri edir. Xüsusən, regionda və dünyada cərəyan edən hadisələrin müzakirəsi zamanı nəinki ölkəmizin mövqeyi dinlənilir, hətta Azərbaycanın təkilf və təşəbbüsləri birmənalı şəkildə qəbul edilir. Məhz bunun nəticəsidir ki, son illərdə Azərbaycan bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib, paytaxt Bakı dünyada müşahidə olunan ən prinsipial məsələlərin müzakirə məkanına çevrilib. Sirr deyil ki, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsi prezident İlham Əliyevin yürütdüyü uğurli daxili və xarici siyasətin nəticəsidir. Mövcud vəziyyət deməyə əsas verir ki, artıq Azərbaycan dövləti və dövlət başçısı İlham Əliyev nəinki beynəlxalq təşkilatlar, eləcə də dünyanın düzənini müəyyən edən dövlətlər tərəfindən qəbul olunur.

Siyasi və iqtisadi baxımdan tənəzzülə uğrayan, yürütdüyü daxili və xarici siyasət nəticəsində dünyada nüfuzunu itirmiş işğalçı dövlət olan Ermənistan Azərbaycanın uğurlarını həzm edə bilmədiyindən beynəlxalq təşkilatlar və dünya dövlətləri ilə əlaqə qurmağa  cəhd edir. Amma, çi-fayda, "meydan qəhrəmanı" Paşinyan prezident İlham Əliyevin  yerişini yeriyə bilməz. Birinici ona görə ki, artıq müasir dövrün çağırışlarına uyğun olaraq bəşəriyyət işğalı qəbul etmir, işğalçı dövlətlə əməkdaşlıqda maraqlı görünmür. Digər tərəfdən, dövlət başçısında xarizmatiklik, dəyanət, liderlik kimi xarakter, paralel olaraq diplomatiya, təşəbbüs və ideyaya sahib olmalıdır ki, dövlətlər və şəxsiyyətlər tərəfindən qəbul edilsin. Günümüzün siyasi həyatında baş verən iki hadisənin müqayisəsi dediklərimizin bariz nümunəsi kimi qəbul edilə bilər. Elə bu günlərdə Ermənistanda keçirilmiş Avrasiya İqtisadi İttifaqı sammiti işğalçı ölkənin və onun baş naziri Nikol Paşinyanın tam nüfuzdan düşdüyünü bir daha göstərdi.

Belə ki, Avrasiya İqtisadi İttifaqı Sammitinin keçirilməsi ideyası xeyli əvvəldən ortalığa atılsa da Ermənistan tədbirdə iştirak edəcək dövlət nümayəndələrinin siyahısının hazırlanmasında dalana dirənmişdi. Səbəb isə aydındır ki, özünə hörmət edən dövlət və hökumət nümayəndələri işğalçı dövlətdə onun kütlə psixologoyasına köklənmiş rəhbəri ilə bir masada əyləşməkdə tərəddüd edirdilər. Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasındakı görüş fikrimizi bir daha təsdiq etmiş olur. Ermənistan mediası da təsdiq edir ki, rəsmi Yerevan bu görüşün baş tutması üçün çox ciddi səylər göstərib, görüş üçün Rusiya tərəfi ilə dəfələrlə əlaqə yaradılıb və xahiş olunub. Əslində, protokol qaydalarına görə, zirvə görüşünü təşkil edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür, bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. Dəfələrlə bu kimi tədbirlərə ev sahibliyi edən Azərbaycanın nümunəsi, Azərbaycan Prezidentinin dövlət bə hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə görüşləri bunu əyani şəkildə təsdiqləyir. Belə ki, sammirin Yerevanda keçirilməsinə baxmayaraq, baş nazir Nikol Paşintanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü son anda baş tutub. Özü də Ermənistanın daim üstünlük verdiyi "arvad diplomatiyası" nəticəsində. Məlumdur ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfəri çərçivəsində həbsdə olan keçmiş həmkarı Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryanla görüşüb, yalnız bu görüşdən sonra dövlət başçıları bir araya gəliblər. Təəccüblü deyil ki, Vladimir Putinlə Nikol Paşinyan arasında görüş günün sonunda, özü də sammit çərçivəsində baş tutub. Bu isə Ermənistana və onun baş nazirinə olan münasibətin göstəricisidir. Həmçinin, xatırladaq ki, bundan öncə də ABŞ-a səfəri öncəsi Paşinyanın Donald Trampla görüşəcəyini piar edən Ermənistan mediası baş nazirin yalnız ABŞ Prezidenti ilə selfi çəkdirməyə nail olduğundan məyusluğunu gizlədə bilməmişdi. Bütün bunların, Paşinyanın dünyada qəbul olunmamasının səbəbi isə onun yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan reallıqları bilməməsi və ya nəzərə almamasıdır. Ermənistan mediası, ekspertləri də etiraf idir ki, elə buna görə də son illər Ermənistan olan-qalan nüfuzunu da itirir.

Müqayisəyə ehtiyac duyduğumuz digər məsələ Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında iştiraka dəvət olunmasıdır. Etiraf edilməlidir ki, prezident İlham Əliyevin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər,  və s. ilə görüşləri bir daha həm cənab İlham Əliyevin, həm də Azərbaycanın yüksək nüfuzunun göstəricisi, dövlət başçısı İlham Əliyevin dünyanın məşhur "beyin mərkəzləri"ndən biri olan "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də dövlət başçımıza dünyada olan böyük hörmətin təcəssümüdür.

Məlumat üçün qeyd edək ki, "Valday" Beynəlxalq Diskussiya Klubu 2004-cü ildə yaradılıb. Klubun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində keçirilib. Elə klub adını da buradan götürüb. Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilmiş klub öz tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək Klubun işinə 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, Sarbonna, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qatılıb. Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri "Valday" klubunun qonağı olublar. Rusiya Prezidenti Vladimir Putin Klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşür və ətraflı fikir mübadiləsi aparır. Onu da bildirək ki, digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar.  Hazırda keçirilən tədbir də də bir neçə ölkənin rəhbəri iştirak edir. Başlıca məqsədlərindən biri dünya sisteminin böhrandan çıxarılmasına dair qərarlar qəbul etmək üçün intellektual elitanın bir araya gətirilməsi olan Klub beynəlxalq münasibətlər, qlobal siyasət, iqtisadiyyat, təhlükəsizlik, energetika, sosiologiya və digər sahələrdə aparıcı ekspertlərlə əməkdaşlıq edir. Klub Asiya, Yaxın Şərq, Avratlantika dialoqları kimi regional konfranslar da təşkil edir.

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31