Avrasiya İqtisadi İttifaqı sammiti Ermənistan tarixinin ən biabırçı hadisələrindən biri oldu – Şərh

Avrasiya İqtisadi İttifaqı sammiti Ermənistan tarixinin ən biabırçı hadisələrindən biri oldu – Şərh

"Ermənistanda keçirilən Avrasiya İqtisadi İttifaqı sammiti Ermənistan tarixinin ən biabırçı hadisələri sırasına daxil oldu demək olar. Toplantının gedişində Rusiya ilə müzakirəsi gözlənilən qaz müqaviləsi ətrafında heç bir danışıq aparılmadı. Bundan əlavə Vladimir Putinin Robert Koçaryanın həyat yoldaşı ilə İrəvanda görüşməsi Paşinyan üçün daha bir sərt xəbərdarlıq oldu. Putinlə Paşinyanın arasında baş tutan görüş o qədər də səmimi atmosferdə keçmədi. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın bu ərəfədə itirdiyi qazandığından çox olub".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

"Bu xüsusda toplantıda üzv ölkələrdən başqa, Moldovanın müşahidəçi qismində, İran və Sinqapurun liderlərinin isə qonaq qismində iştirak etməsini Paşinyanın uğuru kimi təqdim edirlər. Həmçinin, Moldova Prezidentinin qurumun gələcəkdə Avropa Birliyi ilə də yaxından əməkdaşlıq etməsi təklifini də az qalırlar öz uğurları sırasına aid etsinlər. Hətta İranla Ermənistan arasında əldə olunan xırda razılaşmaları da Avrasiya İqtisadi İttifaqının "uğuru" olaraq cəmiyyətə sırımaq istəyirlər", - deyə ekpert bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31