Son 10 il ərzində Azərbaycanda demoqrafik vəziyyət daha da yaxşılaşıb – Şərh
Son 10 il ərzində Azərbaycanda demoqrafik vəziyyət daha da yaxşılaşıb – Şərh
3 Oktyabr 2019 11:44 Siyasət"Prezidenti cənab İlham Əliyev 2016-cı il 7 sentyabr tarixində "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" Fərman imzalamışdır. Artıq bu prosesə start verilib. Əhalinin siyahıyaalınmasının əhəmiyyəti və məqsədi bir neçə istiqamətdədir. Müstəqillik illəri ərzində biz xalqımızın kəmiyyətcə və keyfiyyətcə sosial iqtisadi artımının şahidi oluruq".
Bu fikirləri Olaylar.az-a politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, MDB ölkələri ilə müqayisədə Azərbaycanda demoqrafik vəziyyət olduqca yüksəkdir: "Azərbaycan əhalisi hər iki Cənubi Qafqaz ölkəsinin əhalisindən daha çoxdur. Əhalinin artımı əhalisi böyüyən ölkənin sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində işləri artırır. Bu gün Azərbaycanda işsizlik göstəricisi minumumdur. Bu kimi amillər onu göstərir ki, dövlər daxili və xarici siyasətini düzgün istiqamətdə aparır. Azərbaycana gələn miqrantların nisbətinə nəzər salsaq bu istiqamətdə də müsbət tendensiyanın mövcud olduğunu görərik. Respublikamızda olan tolerantlı mühit və siyasi sabitlik ölkə daxilində yaşayan etnik qrupların da sayının ildən ilə artması ilə müşahidə olunur. Bu çox vacib amildir.
Politoloq qeyd edib ki, Azərbaycanda əhalinin siyahıyaalınması beynəlxalq səviyyədə diqqətlə izlənən və yüksək qiymətləndirilən prosesdir: "Əlbətdə ki, bu düşmən ölkəni narahat edir. Bütün bu aspektlər onu göstərir ki, bu gün Azərbaycan düzgün mövqedədir. Biz düzgün siyasətin nəticəsini görürük. Ölkəmiz bundan sonra da bu siyasi kursun davamında keyfiyyətcə və kəmiyyətcə yeni mərhələlər qədəm qoyacaq".