Heydər Əliyev azərbaycançılıq ideologiyasını yenidən qurdu
Heydər Əliyev azərbaycançılıq ideologiyasını yenidən qurdu
2 Oktyabr 2019 16:35 Siyasət"Hər keçən gün Azərbaycan tarixinə xüsusi iz qoyur. Azərbaycan zəngin, özünəməxsus tarixə malikdir. İllər öncə müstəqillik uğrunda mübarizə apararkən, hal-hazırda müstəqil olaraq fəaliyyət göstəririk. İstər beynəlxalq sistemdə, istərsə də, daxili sistemdə. Məhz bu nəticə, bu imkan Ümumilli lider Heydər Əliyevin ölkəmizə tətbiq etdiyi siyasətdən doğur. XX əsrin 90-cı illərində ölkədə parçalanma hökm sürür, eynilə insanlara faciələr yaşadılırdı. Heyər Əliyev ona və Azərbaycan xalqına qarşı edilən təhlükə əsasında vəzifəsindən imtina edərək Azərbaycana dönür".
Bu fikirləri Olaylar.az-a siyasi ekpert Əli Eloğlu Miriyev deyib.
O xatırladıb ki, 1993-cü il 15 iyun tarixində ölkəmiz və xalqımız müstəqilliyini dadır: "Öz xalqını yarı yolda qoymayan Ulu Öndər hökümətin başına keçir. Bunun üçün ölkədə seçkilər təyin edilir. 1993 cü ildə oktyabr ayının 3 də ölkədə vahid seçkilər keçirilir. Ulu Öndər keçirilən səsvermədə 98.84% ses toplayaraq ölkənin prezidenti seçilmişdi. Heydər Əliyevin ölkəmizdə ikinci hakimiyyət, ilk prezidentlik dövrü başlanır. 1993 il 10 oktyabr tarixində prezident andiçməsində nitqində "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm", söyləmişdir ki məhz xalq bir daha güvənəcəyi adamı tapdığına əminlik verdi".
Ekspert qeyd edib ki, Ümumilli lider xalqımızı bir ideologiya ətrafında topladı: "O Azərbaycançılıq ideologiyasını yenidən qurdu. Yenidən mükəmməlləşdirdi. İdeologiyaya mədəniyyət, təhsil, mənəviyyat və s. daxil idi. Ulu Öndəri ilk hakimiyyəti dövründən bəri hər zaman gənclər maraqlandırmışdır. Heydər Əliyevin diqqət və qayğısı nəticəsində, Dünya ölkələrində təhsil almaq üçün gənclərə xüsusi proqramlar təşkil edilmişdir. Ulu Öndərin nitqlərində də hətta kadrların olmadığının sübutunu görə bilirik. Dahi rəhbər üçün dövlətin sabitliyi də önəmli idi. 1994-cü ildə bağlanan neft kontraktı buna misaldır. Heydər Əliyevin imzası ölkənin sərhədlərində təhlükəsiz rejim, daxilində isə sabitlik yaratdı. Heydər Əliyev hər il mütəmadı olaraq, incəsənət xadimlərini, şəxsiyyətləri təltif edər onlara işlərində uğurlar arzu edərdi. 1998-ci ildə Hüseyn Cavidin nəşinin Azərbaycana çox çətin şəkildə də olsa belə, gətirilməsi dahi liderin ədəbiyyata verilən qiymətinin bariz nümunəsi hesab oluna bilər".
Ə.Miriyev vurğulayıb ki, bu gün artıq Azərbaycan inkişafdadır: "Bu gün artıq Azərbaycan Heydər Əliyev ənənələri ilə, onun layiqli davamçısı İlham Əliyev tərəfindən idarə edilir. Ölkəmiz günü gündən çiçəklənir, müasirləşir. Ulu Öndərin xarici mühitə çıxışı ilə bağlı etdiyi işlərin sayəsində ölkəmiz müasir dövrdə minlərlə beynəlxalq təşkilatlara üzv olmuş, dövlətimizi və xalqımızı təmsil edir".