Ümummilli Liderimizin rəhbərliyi ilə Azərbaycan hərtərəfli inkişafa nail oldu

Ümummilli Liderimizin rəhbərliyi ilə Azərbaycan hərtərəfli inkişafa nail oldu

"Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ölkəmizin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyətında tərəqqiyə səbəb oldu. Ulu öndərimizin misilsiz xidmətləri nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən, ümumiyyətlə yox olmaq təhlükəsindən xilas oldu. Xilaskarın ən böyük missiyalarlndan biri də o oldu ki, respublikamızda vətəndaş müharibəsi aradan qaldırıldı, xaos, anarxiyaya son qoyuldu. Şübhəsiz ki, 1994-cü ilin Horadiz əməliyyatını da unutmaq lazım deyil. Ali Baş Komandanın rəhbərliyi ilə bu uğurlu əməliyyat nəticəsində 20-dən artıq yaşayış məntəqəsi erməni işğalından azad edildi. Eyni zamanda, Ermənistanla atəşkəs elan olundu.

1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı. Bunun da nəticəsində dövlət büdcəsinə milyardlarla vəsait daxil oldu. Bu vəsaitlər ölkə əhalisinin sosial rifah halının yüksəlməsinə sərf olundu. Ümummilli Liderimizin rəhbərliyi ilə respublika iqtisadiyyatı inkişaf etdi, Azərbaycan hərtərəfli inkişafa nail oldu".

Bu fikirləri Olaylar.az-a  Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı Anar Məcidzadə deyib.

O bildirib ki, bu gün inkişaf edən Azərbaycan deyəndə Ulu Öndərin müdrik siyasəti yada düşür: "Heydər Əliyevin hakimiyyəti dövründə xarici siyasət sahəsində də bir sıra uğurlar əldə edildi. Ölkəmizin Avropa Şurasına qəbul olması, ermənilərin işğalçılıq siyasətinin beynəlxalq tirbunalarda səslındirilməsi Ulu Öndərin rəhbərliyi ilə müstəqil respublikamızın beynəlxalq siyasət sahəsində qazandığı nailiyyətlərdəndir.

Ümummilli Liderimiz mədəniyyət sahəsinə də hər zaman diqqət və qayğı göstərib.

Mədəniyyət xadimlərinə fəxri adların verilməsi, Prezidentin fərdi təqaüdlərinə layiq görülmələri, görkəmli mədəniyyət xadimlərinin yubileylərinin və yaradıcılıq gecələrinin keçirilməsi bu diqqət və qayğının bariz nümunəsidir".

A.Məcidzadə qeyd edib ki, Ümummilli liderimiz mənəvi dəyərlərimizin qorunmasını da hər zaman diqqət mərkəzində saxlayıb: "Dini ibadət yerlərinin tikintisi, əsaslı təmiri, dilimizin inkişafı ilə bağlı verdiyi sərəncamlar dediklərimin bariz nümunəsidir.

Sevindirici haldır ki, dahi şəxsiyyətin siyasəti, işıqlı yolu bu gün də davam etdirilir. Dövlət başçımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu siyasəti layiqincə davam etdirərək Ulu Öndərin parlaq ideyalarını yaşadırlar. Dahi şəxsiyyətin siyasəti, işıqlı yolu bu gün də davam etdirilir. Dövlət başçımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu siyasəti layiqincə davam etdirərək Ulu Öndərin parlaq ideyalarını yaşadırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31