İşğal olunmuş ərazilərlə bağlı qanunda nələr əksini tapa bilər?

İşğal olunmuş ərazilərlə bağlı qanunda nələr əksini tapa bilər?

"İşğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin qəbuluna ehtiyac var". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tahir Kərimlinin sözlərinə görə, bu qanunu təkcə işğal ounmuş ərazidəki iqtisadi münasibətlərə, oradakı yataqların istismarına bağlamaq düzgün deyil: "Hesab edirəm ki, İşğal olunmuş ərazilərlə bağlı qanun ona görə vacibdir ki, ən azı 1 dekabr 1998-ci ildə Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsilə əlaqədar qərar qəbul edib. Yəni, bu məsələ Paşinyanın indiki sərsəmələri deyil. Bununla  bizim statusumuz bir daha möhkəmləndirilməlidir. Konstitusiyamızın 10-cu maddəsindəki ərazimizin bir hissəsinin verilməsinin qeyri-mümkünlüyü qabardılmalıdır. Eyni zamanda,  Konstitutsiyanın 111-ci maddəsindəki hərbi vəziyyətin elan olunması məsələsi də əksini tapmalıdır. Konkret göstərilməlidir ki, Azərbaycan Respublikasının ərazisinin bir hissəsi işğal olunarsa, hərbi vəziyyət elan edilir".  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31