Millət vəkili: “İşğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısı alınmalıdır”

Millət vəkili: “İşğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısı alınmalıdır”

"İşğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısını almaq üçün müəyyən təşəbbüslər həyata keçirilməsinə ehtiyac var.  Bəzən buna işğal altında olan ərazilərlər bağlı qanun layihəsini deyirlər. Bəzi hallarda xüsusilə iqtisadi fəaliyyətə diqqəti cəlb edirlər. Mənə elə gəlir ki, bu yaxşı təcrübədir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Azay Quliyevin sözlərinə görə,  ola bilsin ki, bununla bağlı ayrıca qanun layihəsinin qəbul olunması hansısa səbəbdən hələ ki, məqsədəmüvafiq deyil: "Ancaq bizim qanunvericiliyin müvafiq müddəalarına bu cür inteqrasiya edilmiş təşəbbüslərin irəli sürülməsi və işğal altında olan ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətin bir daha Azərbaycan qanunvericiliyində təsbit edilməsi və bunların sərhədlərinin daha dəqiq şəkildə göstərilməsi çox yaxşı olar. Bu baxımdan bəlkə də gələcəkdə bizim hüquqşünaslar bu istiqamətdə öz fəaliyyərlərini qurmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31