Deputat: “Biz parlamentdə oturub öz aramızda bu məsələnin nəyini müzakirə edəcəyik”
Deputat: “Biz parlamentdə oturub öz aramızda bu məsələnin nəyini müzakirə edəcəyik”
1 Oktyabr 2019 14:16 Siyasət"Biz şahidiyik ki, cənab prezident bütün görüşlərində Dağlıq Qarabağla əlaqədar çıxış edir, bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı mövqeyini ortaya qoyur. Birmnalı şəkildə bəyan olunub ki, bu münaqişə hansı prinsiplər əsasında həll olunmalıdır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentdə Dağlıq Qarabağ komitəsinin yaradılması təklifinə münasibət bildirirkən deyib. Əlavə edib ki, bundan əlavə birinci vitse-prezidentin istər xaricdə, istərsə də daxildə mütəmadi olaraq keçirdiyi görüşlərdə həm Dağlıq Qarabağ münaqişəsi, həm Qarabağ həqiqətləri, həm də Xocalı soyqırımı barədə bütün dünya ictimaiyətinə məlumatlar verilir: "Parlamentdə də beynəlxalq təşkilatlarda təmsil olunana qruplar var. Orada da bizim həmkarlarımız cani-dildən çalışırlar, iş aparırlar. Belə halda biz parlamentdə oturub öz aramızda bu məsələnin nəyini müzakirə edəcəyik. Bəllidir ki, Dağlıq Qarabağ Azərbaycanən əzəli və əbədi ərazisidir və bu məsələ Azərbaycanın ərazü bütövlüyü çərçivəsində həll olunmalıdır".