Oqtay Əsədov: “Azərbaycan Fransa ilə həyatın ən müxtəlif sahələrində əlaqələri genişləndirmək niyyətindədir”

Oqtay Əsədov: “Azərbaycan Fransa ilə həyatın ən müxtəlif sahələrində əlaqələri genişləndirmək niyyətindədir”

Milli Məclisin Sədri Oqtay Əsədov Fransa-Qafqaz Dostluq qrupunun rəhbəri Alen Uperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "Olaylar" xəbər verir ki, Spiker qeyd edib ki, bu günədək Azərbaycanla Fransa arasında 50-dən çox hüquqi sənəd imzalanıb. Fransa Azərbaycanın ən qabaqcıl ticarət tərəfdaşlarından biridir. Cari ilin ilk 8 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 630 milyon ABŞ dolları həcmində olmuşdur. Bütövlükdə ötən il bu göstərici 624 milyon təşkil etmişdir. Bu gün ölkəmizdə 50-dən çox Fransız şirkəti, o cümlədən "Total" və "Gaz de France" kimi tanınmış şirkətlər uğurla fəaliyyət göstərir.

Sədr siyasi, iqtisadi sahələrdəki uğurlarımızın mədəni-humanitar əlaqələrimizə də müsbət təsir etdiyini söylədi. Bildirildi ki, 2012-ci ildən Parisdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə açılmış Azərbaycan Mədəniyyət Mərkəzi uğurla fəaliyyət göstərir. Biz tez-tez bu ölkədə Azərbaycan mədəniyyət günlərinin keçirilməsinin şahidi oluruq. Heç də təsadüfi deyildir ki, Fransanın 14 şəhər və 1 vilayəti arasında əməkdaşlıq və dostluq sazişi imzalanmışdır. Azərbaycan Fransa ilə həyatın ən müxtəlif sahələrində əlaqələri  genişləndirmək niyyətindədir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa-Qafqaz Dostluq qrupunun rəhbəri Alen Uper ölkəmizə səfərindən və səfər çərçivəsində keçirilən görüşlərdən məmnun  qaldığını söylədi. Qeyd edildi ki, Fransa Qafqazın bu bölgəsi ilə siyasi, iqtisadi və mədəni əlaqələri dərinləşdirmək niyyətindədir. Münasibətlərimizin daha da inkişaf etdirilməsində parlamentlərin rolu böyükdür.  Deputatlarımızın qarşılıqlı səfərləri, mütəmadi görüşləri ümumi məqsədlərə xidmət edir. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31