Deputat: “İşğalla bağlı qanun qəbul etməliyik”

Deputat: “İşğalla bağlı qanun qəbul etməliyik”

"Biz hələ torpaqlarımızı işğaldan azad edə bilmirik. Amma Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz məskunlaşdırma siyasəti aparılır. Ora xarici dövlətlər, şirkətlər, vətəndaşlar tərəfindən investisiya qoyulur". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Qüdrət Həsənquliyevin sözlərinə görə, belə halların qarşısını almaqdan ötrü işğalla bağlı qanun qəbul edilməlidi: "Bizim kimi tale yaşayan Gürcüstan, Ukrayna və Moldovada işğal edilən ərazilərin hüquqi statusu haqqında qanun qəbul ediblər. Vaxtilə parlamentdə də bir neçə millət vəkili tərəfindən bu məsələ qaldırılıb. Düşünürəm ki, işğal altında olpan torpaqlarımızda qanunsuz məskunlaşan şəxslər, investisiya yatıranlar haqqında cinayət işi qaldırmalıyıq. Bu da qanunda öz əksini tapmalıdır. Ona görə də, belə bir qanunun qəbul olunmasına böyük ehtiyac var və çox istəyərdim ki payız sessiyasında biz belə bir qanun qəbul olunsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31